Ətraf mühitin mühafizəsi dövrün tələblərinə uyğun təmin olunur
Ekologiya

Ətraf mühitin mühafizəsi dövrün tələblərinə uyğun təmin olunur

23 MAY Ekologiya Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama əsasən hər il 23 may Ekologiya Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi istiqamətində ölkə Prezidentinin rəhbərliyi ilə ardıcıl, məqsədyönlü işlər görülür, ekoloji problemlər həlli üçün müvafiq addımlar atılır. Bu çərçivədə Dövlət proqramları təsdiq edilir, ekologiya ətraf mühitin mühafizəsi üçün ictimai savadlılıq, maarifləndirmə tədbirləri  artırılır.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin ümummilli lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə yaradılması qeyd edilən xüsusda qlobal təhlükə halına gəlmiş problemin aradan qaldırılması üçün atılan ən vacib addımlardandır. Ekologiya Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi proqnozlaşdırılması istiqamətində davamlı işlər görür. Xalqımızın sağlamlığına xidmət etməklə yanaşıməqsəd qlobal çirklənmənin qarşısını almaqdır. İqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin qarşısında duran başlıca məsələlərdir ki, bütün bunlar ekoloji aktların düzgün yerinə yetirilməsinin əsas tələbidir.

Ölkə başçımızın imzaladığı "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" sərəncamlara əsasən ekoloji problemlərin həlli üçün beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular alınmışdır. Abşeron yarımadasının şimal hissəsinin 61 kilometrlik sahil zolağında quraşdırılaraq istismara buraxılmış, Kür Araz çaylarının suyundan istifadə edən 50 yaşayış məntəqəsində Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən sutəmizləyici qurğular quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir. Qeyd etmək lazımdır ki, Xəzər dənizində ekoloji tarazlığı qorumaq olduqca çətin olsa da, innovativ yeniliklər məsuliyyətli yanaşma ilə bu problem aradan qaldırılır.

Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi artırılmasına, hidrometeorologiyanın inkişafına dair milli proqramlar uğurla yerinə yetirilir. Dövlət başçısının "Ekologiya ili" elan etdiyi 2010-cu ildə bu sahəyə diqqət daha da artırılmışdır. Həmin il yaşıllaşdırma kampaniyalarının sayı artırılmışdır ki, bu da qlobal əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, həmin il ərzində respublikamızda14 milyona yaxın ağac əkilib, yeni parklar salınıb. Prezident İlham Əliyevin bu kampaniyada iştirakı isə ətraf mühitə xüsusi diqqətin göstəricisi idi. Görülən işlər artıq ölkə ərazisində ənənə halını almışdır.

Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək" layihəsi təbiətin mühafizəsi zənginləşdirilməsinə böyük töhfələr verir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində yüz hektarlarla sahə yaşıllaşdırılmışdır.

Bundan əlavə, ətraf-mühitin mühafizəsi istiqamətində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyəti təqdirəlayiqdir. Təşkilat 2011-ci il iyulun 12- Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Bu qeyri-hökumət təşkilatının əsas məqsədi ətraf mühit məsələləri fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemlərinin həlli üsulunu tapmaqdır.

Ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli, yaşıllaşdırma, yeni meşələrin salınması dövlətin prioritetləri sırasındadır. 1-12 may tarixlərində İsveçrənin Cenevrə şəhərində ətraf mühit üzrə Bazel, Rotterdam Stokholm Konvensiyaları tərəflərinin konfransı keçirilmişdir. Üzv dövlətlərin, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının, bu sahədə fəaliyyət göstərən Avropa beynəlxalq qeyri-hökumət təşkilatları nümayəndələrinin qoşulduğu tədbirdə Azərbaycandan Ekologiya Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi nazirliyin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak etmişdir. Konfransda plastik, elektron, nano tullantılarla yanaşı, digər təhlükəli tullantıların sərhədlərarası qanunsuz daşınmasının qarşısının alınması, plastik maddələrin tətbiqinin məhdudlaşdırılması, onların ətraf mühitə su hövzələrinə təsirinin azaldılması təhlükəsiz idarə edilməsinin vacibliyi vurğulanmışdır.

Mayın 20- isə Ekologiya Təbii Sərvətlər Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı, bələdiyyə icra nümayəndələrinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqı üzvlərinin, eləcə EcoHub ekoloji platforması könüllülərinin iştirakı ilə Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilmişdir. Aksiya zamanı sahil zolağı plastik digər tullantılarından təmizlənmiş, 240 kiloqram tullantı çeşidlənərək aidiyyəti üzrə daşınmışdır. Aksiyanın keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq ictimaiyyəti dəniz ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir. Ekologiya Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı həssas münasibət göstərməyə çağırır.

Təsadüfi deyil ki, milli inkişaf strategiyası prioritet istiqamətlərindən biri məhz ətraf mühitin mühafizəsi insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.                        

 

Nurlan ABDALOV,

"Respublika".