Ətraf mühitin mühafizəsi istiqamətində səmərəli addımlar atılır
Ekologiya

Ətraf mühitin mühafizəsi istiqamətində səmərəli addımlar atılır

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Ulu öndər Heydər Əliyevin təbiətə, onun gözəlliyinə vurğunluğu, ətraf mühitə biganə münasibət göstərənlərə qarşı barışmazlığı və qətiyyəti bu gün, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də fəaliyyətində mühüm yer tutur. Dövlət başçısının, eləcə də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə reallaşdırılan layihələr Azərbaycanda ekoloji problemlərin həllinə inamı daha da artırmışdır. Əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması Göygöl İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin vaxtaşırı vətəndaşlarla görüşü zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, mineral xammal, biomüxtəliflik və s. kimi məsələlərə bağlı müraciətləri dinlənilir və müvafiq tədbirlər görülür. Bu gün,  ölkəmizdə də balıqçılığın inkişafı diqqət mərkəzindədir Bu məqsədlə respublikada ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar "Zəngin su hövzələrinə balıqların buraxılışı" layihəsinə start verilib. Xəzər dənizinə, Suqovuşan Su Anbarına, Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsinə və s. su hövzələrinə balıq körpəsi buraxılması nəzərdə tutulub. 

                  Zabit XƏLİLOV,

                  “Respublika”.