Ətraf mühitin qorunmasında beynəlxalq əməkdaşlıq və həmrəylik xüsusi önəm kəsb edir
Siyasət

Ətraf mühitin qorunmasında beynəlxalq əməkdaşlıq və həmrəylik xüsusi önəm kəsb edir

Bə­şə­riy­yə­tin müx­tə­lif döv­lət­lə­rə, mil­lət və xalq­la­ra ay­rıl­ma­sı­na bax­ma­ya­raq, bir olan tə­bi­ət  insanların dost­luq, əmək­daş­lıq şə­rai­tin­də ya­şa­ma­la­rı­nı, bir­gə təd­qi­qat apar­ma­la­rı­nı, bir­gə təd­bir gör­mə­lə­ri­ni tə­ləb edir. Hə­lə 1913-cü il­də İs­veç­rə­nin Bern şə­hə­rin­də tə­biə­ti qo­ru­maq məq­sə­di­lə bey­nəl­xalq qu­rul­tay ça­ğrıl­mış, na­dir hey­van və bit­ki növ­lə­ri­ni qo­­ru­yub sax­la­maq üçün qə­rar­lar qə­bul olun­muş­du. Be­lə mü­qa­vi­lə­lər zaman keçdikcə ço­xal­mış və müx­tə­lif tə­bii sər­vət­lə­ri əha­tə etmiş­di. İkin­ci Dün­ya mü­ha­ri­bə­sin­dən son­ra tə­bii sər­vət­lə­r eh­ti­ya­tı­nı qo­ru­yub sax­la­maq üçün bey­nəl­xalq mü­qa­vi­lə­lə­rin bağ­lan­ma­sı zə­ru­rə­ti art­mışdı. 1948-ci il­də Bey­nəl­xalq Tə­biə­ti Qo­ru­ma İt­ti­fa­qı­nın (BTQİ) ya­ra­dıl­ma­sı bu sa­hə­də öl­kə­lə­rin bir­gə ça­lış­ma­sı­nı xey­li asan­laş­dır­dı.  Bu gün  it­ti­faq  özündə 89 dövlət, 109 hökumət, 800-dən çox qeyri-hökumət təşkilatını, elmi-tədqiqat institut və mərkəzlərini birləşdirir.

1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi. Bu sənəd təkcə ətraf mühitin mühafizəsi məsələsi ilə məhdudlaşmır, eyni zamanda ayrı-ayrı ölkələrdə insanla ətraf mühitin ahəngdarlığına əsaslanan uzunmüddətli iqtisadi, sosial və ekoloji inkişaf strategiyasını nəzərdə tutur. Təbiət, cəmiyyət və insan həyatının bütün sahələrini əhatə edən, əsasən insan və ətraf mühit arasında harmoniyanın təmin edilməsinə yönəlmiş Davamlı İnkişaf Konsepsiyasının fəlsəfi mahiyyəti planetin təbii ehtiyatlarından səmərəli və qənaətlə istifadə, ətraf mühitin qorunub saxlanılması, indiki və gələcək nəsillərin həyat keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir. Bütün planetdə sülhün qorunmasına yönəlmiş sosial-iqtisadi və ekoloji inkişafı nəzərdə tutan Davamlı İnkişaf Konsepsiyası  bir çox məsələlərlə yanaşı, insanların təmiz içməli suya əlyetərliyini təmin etmək və sanitariya vəziyyətini yaxşılaşdırmaq, iqlim dəyişikliyinə qarşı mübarizə, dəniz  və torpaq ekosisteminin mühafizəsi kimi vacib məsələləri də  önə çəkir. Bu baxımdan Davamlı İnkişaf Konsepsiyası pla­ne­tin bü­tün öl­kə­lə­ri üçün XXI əsr­də fəa­liy­yət pla­nı ki­mi təs­diq edil­mişdi. Bu konsepsiya  da­vam­lı in­ki­şaf pro­se­si­nə da­ğı­dı­cı tə­sir gös­tə­rən müharibələr, si­lah­lı konf­likt­lər za­ma­nı  dövlətləri ət­raf mü­hi­ti mü­ha­fi­zə edən bey­nəl­xalq hü­qu­qa hör­mət et­mə­yə, da­vam­lı in­ki­şa­fı tə­min et­mək­də bey­nəl­xalq cəhd­lər üçün öz mə­su­liy­yə­ti­ni dərk etməyə çağırır…  

Lakin iş­ğal­çı Er­mə­nis­tan 30 il ərzində dün­ya döv­lət­lə­ri­nin gö­zü önün­də bey­nəl­xalq hü­quq prin­sip­lə­ri­nə, BMT və ATƏT-in qə­rar və qət­na­mə­lə­ri­nə mə­həl qoy­ma­yaraq  mis­li gö­rünlmə­miş vəhşiliklər törətmişdir. Belə ki, Ermənistanın apardığı qeyri-qanuni iqtisadi fəaliyyət 1949-cu ildə qəbul edilmiş “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyasının, “Quru müharibəsinin qanun və adətləri haqqında” IV Haaqa Konvensiyasının, habelə insan hüquqları sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozmuş və  bu gün də tö­rə­tdiyi ci­na­yət­lə­rə gö­rə cə­za­sız qal­mışdır. İş­ğal etdiyi əra­zi­lər­də er­mə­ni iş­ğal­çı­la­rı­nın can­lı tə­biə­tə və bə­şə­riy­yə­tə qar­şı yö­nəl­miş əməl­lə­ri ba­rə­də Av­ro­pa Vəh­şi Tə­biə­tin və Tə­bii Ət­raf Mü­hi­tin Mü­ha­fi­zə­si üz­rə Bern Kon­ven­si­ya­sı­nın Baş Ka­ti­bi­nə, Bio­müx­tə­lif­lik üz­rə Kon­ven­si­ya­nın İc­ra­çı ka­ti­bi­nə, Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın İq­lim Də­yiş­mə­lə­ri üz­rə Çər­çi­və Kon­ven­si­ya­sı­nın ka­tib­li­yi­nə, Tə­biə­tin və Tə­bii Sər­vət­lə­rin Mü­ha­fi­zə­si üz­rə Bey­nəl­xalq Bir­li­yin Pre­zi­den­ti­nə rəs­mi mü­ra­ci­ət­lər edil­miş, bey­nəl­xalq təş­ki­lat­la­rın diq­qə­ti­nə bu is­ti­qa­mət­də tə­xi­rə­sa­lın­maz təd­bir­lə­rin gö­rül­mə­si­nin zə­ru­ri­li­yi çat­dı­rıl­sa da ta­lan­çı Er­mə­nis­ta­na qar­şı bu illər ərzində heç bir təd­bir gö­rül­məmişdir.

 Ermənistan 30 il ərzində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda dünyanın bir çox xarici şirkətlərinin filiallarını yaradaraq müxtəlif sahələr - mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə  Azərbaycanın icazəsi olmadan  qanunsuz fəaliyyət göstərmişdir. Belə ki, ümumilikdə 20-dən artıq ölkənin – o cümlədən, Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər dövlətlərin (“Haik Watch and Jewelry Co”,“Rodino Haskovo” JIC,“Centro Ceibal”,“Deccan Gold Mines Ltd”, “Cosmote Romanian Mobile Telecommunications S.A”, “Vallex Group”, “Base Metals”, “GeoProMining”, “GoldStar” )  şirkətləri Azərbaycanın işğal olunmuş ərazilərinə investisiya yatıraraq ölkəmizin təbii sərvətlərini  qəddarlıqla istismar etmiş,  qeyri–qanuni yollarla xarici ölkələrdə satışa çıxarmışdır.

Belə talançı müəssisələrdən biri Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən "Vibrotexnik" şirkətidir. Şirkət 2003-cü ildən başlayaraq qızıl, mis filizləri və digər əlvan metalları parçalamaq və narınlamaq üçün texniki avadanlıqların, onların tərkibini müəyyən etmək üçün ələk analizatorların, maddələrin tərkibinin analizini aparmaq üçün laboratoriya vasitələrinin istehsalı ilə məşğul olur. Hazırda şirkət öz sahəsi üzrə dağ mədənlərin istismarı, geoloji axtarışları, metallurgiya sahəsində fəaliyyət göstərən bir sıra nəhəng yerli və xarici (Tacikistan, Özbəkistan, Belarus, Ukrayna, Moldova, Ermənistan, İngiltərə, İspaniya və s.) müəssisələr ilə əməkdaşlıq edərək onları lazımi texniki avadanlıqlarla təchiz edir. Son illər ərzində şirkət işğal olunmuş Azərbaycan ərazilərində, Ağdərə rayonunun Drmbon yamacında yerləşən qızıl filizi yataqlarını istismar edən “Base Metals” zavodu ilə əməkdaşlıq edərək həmin zavodu istehsal prosesi üçün zəruri hesab edilən texniki avadanlıqlarla təchiz edir.

Qarabağda ən çox talanan təbii ehtiyatlardan birincisi Kəlbəcərin Ermənistanla sərhəd bölgələrində, Ağdərə və Zəngilanda olan qızıl yataqları olub. 2002-ci ilin avqust ayında yaradılmış "Base Metals" MMC şirkəti uzun müddət Ağdərə rayonunda qızıl ehtiyatı 13,5 ton olan Qızılbulaq (Drmbon) kəndindəki mis-qızıl mədənlərini talayıb. Mədəndən hər ay 12 min ton filiz çıxarılaraq emal edilmiş və tərkibində qızıl olan mis Avropa bazarına çıxarılmışdır.

Ümumiyyətlə, Azərbaycanın işğal edilmiş ərazilərində - Kəlbəcər, Laçın, Tərtər, Ağdamda   qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçında dəmir, xrom , Tərtər və Kəlbəcərdə kükürd , Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə hasilat işləri aparılmış, faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunmuş, flora və fauna sistemli şəkildə məhv edilmişdir.

Uzun illər erməni işğalı altında olan Kəlbəcər rayonunun  ərazisində yerləşən, sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və təbii ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları Ermənistan tərəfindən talan edilmişdir. Belə ki, 1998-ci ildə Kanadanın “Canadian First Dynasty Mines Ltd” və Hindistanın “İndian Sterlite Gold Ltd”  şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından külli miqdarda qızıl hasil etmişdir. 

İşğal olunmuş ərazilərdə ətraf mühitə, ekosistemə, flora və faunanın vahidliyinə ağır zərbələr vurulmuş, Azərbaycan ərazilərində erməni işğalçıları və onların tərəfdaşları tərəfindən əlvan, qara metalların, habelə mineral su, ümumi yayılmış faydalı qazıntıların intensiv şəkildə hasilatı həyata keçirilmişdir. Bu cür hasilatın həyata keçirilməsi zamanı ekoloji tələblərə heç bir formada əməl edilməmiş, resurslar faktiki olaraq Azərbaycan qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş istehsalat həcmlərini dəfələrlə aşaraq hasil edilmiş, zəhərli tullantıların yerli su tutarlarına, çaylara axıdılmasının qarşısını almaq üçün heç bir tədbir görülməmişdir. Bu isə öz növbəsində mineral və digər yataqların məhv edilməsinə, böyük həcmdə torpaq sahələrinin zəhərlənməsinə, şirin və içməli su mənbələrinin yararsız hala düşməsinə səbəb olmuşdur.

Bunlarla yanaşı işğalçı ölkənin  yerli çayların üzərində çoxsaylı kiçik elektrik stansiyaları qurması səbəbindən çaylarda sululuq kəskin azalmış, həmçinin bu çaylarda yaşayan canlılar kütləvi surətdə məhv olmuşdur.

 Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən Oxçuçay Almaniyanın “Cronimet Holding” şirkətinin fəaliyyəti nəticəsində  sənaye tullantıları ilə çirkləndirilmişdir. Çayın uzunluğu 83 kilometr, sutoplayıcı sahəsi 1175 kvadratkilometrdir. Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatının toksiki tullantılarının, eyni zamanda, həmin şəhərlərin məişət-çirkab tullantılarının təmizlənmədən birbaşa çaya axıdılması nəticəsində Oxçuçayda ağır metalların normadan dəfələrlə artıq olmasına səbəb olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlərin nəticələrinə görə çayda nikelin miqdarı 7, kadmiumun 5, dəmirin 4, mis-molibdenin isə 2 dəfə normadan artıq olub. Bu isə çay hövzəsində bioresursları, xüsusilə qiymətli növ olan farel balıqlarını kütləvi surətdə məhv etmiş, ekologiyamıza ciddi ziyan vurulmuşdur.

Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə mütəmadi olaraq yanğınların törədilməsi ekoloji cinayətdir. Belə ki, yanğınların nəticəsində çox böyük həcmdə torpaq sahələri yararsız hala düşmüş, zəngin meşə fondu torpaqları məhv olmuş, yandırılan torpaq sahələrində mövcud olan flora və fauna nümunələri məhv edilmişdir.

Bu gün azad edilmiş bütün torpaqlarda -- şəhərlərdə, kəndlərdə indi monitorinqlər, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, ölkəmizə dəymiş ziyan hesablanır.

Ermənilərin və xarici şirkətlərin işğal altında olmuş ərazilərdəki meşə, çay, təbii sərvətlər, mədəni obyektlərə verdikləri ziyana görə cavab vermələrini, beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edən ölkə başçısı  İlham Əliyev avqust ayının 16-da Birinci xanım Mehriban Əliyeva ilə Kəlbəcər rayonunda olarkən deyib: “Ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər. Bu işlərdə bəzi xarici şirkətlər onlara yardım edirdi. Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər. Artıq məhkəmə prosedurları başlamışdır. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər”...

Bəli, 30 il ərzində işğal olunmuş torpaqlarını 44 günə qaytaran dövlət beynəlxalq hüquq müstəvisində hüquqlarını müdafiə etməyə qadirdir. Lakin uzun illər işğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin amansızcasına hasilatı, təbiətinin, endemik nümunələrinin, flora və faunasının məqsədli və sistemli şəkildə məhv edilməsi bu gün  yalnız ölkəmizin deyil, bütün digər dövlətlərin, beynəlxalq ətraf mühit fəallarının diqqət mərkəzində olmalıdır. Çünki, ətraf mühitin qorunması yalnız bir dövlətin sərhədləri ilə məhdudlaşmır.

                                                                               Mehparə ƏLİYEVA,

                                                                                    “Respublika”.