“Expo 2020 Dubai
İQTİSADİYYAT

“Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycan turizm həftəsi

Oktyabrın 11-də “Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycan turizm həftəsinə start verilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən həftə çərçivəsində Azərbaycanın milli pavilyonunda müxtəlif tədbirlər keçiriləcək.  İlk olaraq Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın aqro və qastro turizm imkanları təqdim olunub.

Dövlət Turizm Agentliyindən verilən məlumatda bildirilir ki, tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid mart ayına qədər davam edəcək sərginin Azərbaycanın çoxsaylı turizm imkanlarının təqdimatı üçün mühüm platforma olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 2022-ci ilin mart ayının sonuna kimi milli pavilyonda Azərbaycanın təbliğinə həsr olunan silsilə tədbirlər keçiriləcək.

Açılışda, həmçinin Azərbaycanın aqro-qastro turizm potensialını özündə birləşdirən, Avropa İttifaqının maliyyə dəstəyi ilə ərsəyə gələn “Slou Fud” beynəlxalq layihəsinin “Dad gəmisi” adlandırılan milli turizm məhsulunun təqdimatı da olub.

Milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və sosial sahələrdə davamlı inkişafı və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.

Qeyd edək ki, 1 oktyabr tarixindən start götürən sərgi 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.

Bəybala BƏYBALAYEV,

“Respublika”.