Faktlar və rəqəmlər
Maraqlı

Faktlar və rəqəmlər

2021-ci ilin yanvar-iyun aylarında Ümumi Daxili Məhsul istehsalı

2021-ci ilin yanvar-iyun aylarında ölkədə 39 915,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox Ümumi Daxili Məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalmış, qeyri- neft-qaz sektorunda isə 5,1 faiz artmışdır.

ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 3 987,6 manata bərabər olmuşdur.

 

23,1 milyard manatlıq sənaye məhsulu

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-iyun aylarında 23,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 3,2 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 16,6 faiz artmışdır.

Sənaye məhsulunun 62,6 faizi mədənçıxarma sektorunda, 31,3 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emal sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,8 faiz artmışdır.    

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,2 dəfə, tütün məmulatlarının istehsalı 80,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 78,2 faiz, elektrik avadanlıqlarının istehsalı 60,6 faiz, maşın və avadanlıqların istehsalı 48,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 48,1 faiz, tikinti materiallarının istehsalı 40,2 faiz və s. azalmışdır.    

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emal sektorunda isə 11,2 faiz artmışdır.  

  

Əsas kapitala yönəldilmiş vəsait

2021-ci ilin yanvar-iyun aylarında əsas kapitala 5919,4 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,8 faiz, qeyri- neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 4068,9 milyon manatı və ya 68,7 faizi məhsul istehsalı sahələrinə, 1381,5 milyon manatı (23,4 faizi) xidmət sahələrinə, 469,0 milyon manatı (7,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3610,3 milyon manatını və ya 61,0 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3938,0 milyon manatı və ya 66,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,4 faiz, büdcə vəsaitləri 19,1 faiz, bank kreditləri 6,0 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitləri isə 7,3 faiz təşkil etmişdir.

“Respublika”.