Fateh Oktay: Şuşaya səfərimizin məqsədi Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır
MÜSAHİBƏLƏR

Fateh Oktay: Şuşaya səfərimizin məqsədi Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır

Azərbaycana ilk dəfədir səfər edirəm. Həmişə bunun xəyalı ilə yaşamışam. Azərbaycan və Türkiyə qardaş, dost ölkələrdir. Bizim kədərimiz də, sevincimiz də birdir. Şuşa çox gözəl şəhərdir. Bu şəhərin hər divarında tarixilik, qədimlik yatır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında dünya şöhrətli müğənni, vokalçı Della Milesin meneceri Fateh Oktay deyib.

F.Oktay bildirib: “Bizi bir-birimizdən ayırmağa nə qədər çalışsalar da, buna nail ola bilməyiblər. Biz bir millət, iki dövlətik. Nə qədər bir olacağıqsa, o qədər də güclü olacağıq. İndi dayandığımız yer Azərbaycan və Türkiyə liderlərinin Şuşa Bəyannaməsini imzaladıqları məkandır.

Türkiyə dövləti və xalqı olaraq 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olduq və baş verənləri həyəcanla izlədik. Şükürlər olsun ki, Azərbaycanın haqq mübarizəsi onun möhtəşəm Qələbəsi ilə başa çatdı. Biz də qardaşlarımız qədər çox sevindik. “Qarabağ Azərbaycandır” adlı klipimiz də qardaş ölkənin Zəfərinə həsr olunub”.

O, həmçinin qeyd edib ki, Azərbaycana, Şuşaya səfərin məqsədi Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır.

AZƏRTAC