Fatih Dönməz: Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malikdir
MÜSAHİBƏLƏR

Fatih Dönməz: Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malikdir

Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşması ideyasını irəli sürməklə və bu beynəlxalq əhəmiyyətli iqtisadi layihəni reallaşdırmaqla etibarlı tərəfdaş olduğunu sübuta yetirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxış edən Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Nazir qeyd edib ki, Türkiyə ilə Azərbaycanın əməkdaşlığı sahəsində bu gün Avropaya qaz ixrac edilir.

Yaşıl enerjinin dünyada əhəmiyyəti artır və Azərbaycanın da alternativ enerji ixrac etmək üçün böyük potensialı var. Xəzər dənizinin alternativ enerji mənbələrinin istismarı və ixracı çox real bir layihədir. Bu layihə həyata keçirildikdən sonra Cənub Qaz Dəhlizi Yaşıl Dəhlizə çevriləcək.