Faydalı əməkdaşlıq formatı Bakı Xəzər regionunun ən nüfuzlu enerji tədbirinə ev sahibliyi edir
Siyasət

Faydalı əməkdaşlıq formatı Bakı Xəzər regionunun ən nüfuzlu enerji tədbirinə ev sahibliyi edir

"Caspian Oil & Gas" sərgisi artıq 28 ildir ki, neft, qaz enerji sektorunda əhəmiyyətli əməkdaşlıqlar üçün platformaya çevrilib. Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Ənənəvi olaraq Bakı Enerji Həftəsində yüksəkrütbəli qonaqlar iştirak edir.

31 may - 3 iyun 2023- il tarixlərində Bakı şəhəri Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft Qaz Sərgisi "Caspian Oil & Gas", 11-ci Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji Sərgisi "Caspian Power" 28-ci Bakı Enerji Forumu keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev mayın 31- Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft Qaz - "Caspian Oil & Gas" 11-ci Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında iştirak edib.

"Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ bərpaolunan enerji potensialı, o cümlədən "yaşıl enerji" layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir". Bu fikirləri Prezident İlham Əliyev  bildirib.

Qeyd edək ki, açılış mərasimində ABŞ Dövlət Katibinin Enerji Ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin məktubunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson Böyük Britaniyanın Baş naziri Rişi Sunakın məktubunu səsləndirib. Eləcə Avropa Komissiyasının enerji siyasəti strategiyası koordinasiyası üzrə direktoru xanım Kristina Lobillo Borrero çıxış edib.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən  tədbirlərdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Ukrayna Yaponiyadan 164 şirkət iştirakını təsdiq etmişdir. "Caspian Oil & Gas" "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə Bakı Konqres Mərkəzində keçirilir.

Xatırladaq ki, 1-3 iyun 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində  27-ci Enerji Həftəsi keçirilib. "Neft tədarükü artmaqdadır, indi Azərbaycan həm başqa ölkələr üçün mühüm tranzit imkanları təmin edir. Bu potensialdan da maksimum dərəcədə istifadə etmək olar". Bu fikirləri Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft Qaz "Caspian Oil & Gas" 2022 sərgisinin açılış mərasimində Prezident İlham Əliyev bildirib.   

Tanınmış beynəlxalq platforma regionda neft-qaz sənayesinin əsas tədbiri olan "Xəzər Neft Qaz" sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə enerji təhlükəsizliyini təmin etmək üçün dünya dövlətlərinin rəhbərlərini bir araya gətirir. Azərbaycanın neft strategiyasında özünəməxsus yeri olan bu sərgi 1994-2003- illərdə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründən keçirilməyə başlayıb. İlk sərgi 1994- ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən respublikanın neft tarixində yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə Ümummilli Lider bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib. O vaxtdan etibarən "Xəzər Neft Qaz" sərgisi neft, qaz energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü memorandumlarının, habelə gələcək əməkdaşlığa dair saziş müqavilələrin imzalandığı platformaya çevrilib.

Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya digər müvafiq sahələr üzrə ixtisaslaşdırılmış şirkətlər öz pavilyonları ilə iştirak edir. Eyni zamanda sərgiyə elektroenergetika alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər qatılır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə  ardıcıl sistemli şəkildə həyata keçirilən bu sərgilər sonrakı mərhələdə dövlət başçısı İlham Əliyevin neft-qaz siyasətində prioritetə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi dövründə ilk sərgi - XI Beynəlxalq "Xəzər neft, qaz, neftayırma neft kimyası" sərgisi 2004- il 2 iyun tarixində baş tutub. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu beynəlxalq tədbir ənənəvi hal alaraq hər il davamlı olaraq keçirilməkdədir.

Bu illər ərzində Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı həyata keçirilmiş, dünyada ən iri qaz yataqlarından biri sayılan "Şahdəniz" yatağının kəşfiyyatına başlanmışdır. 2006- ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi- Ceyhan neft boru kəmərinin tikintisi başa çatmış istismara verilmişdir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının ilk dəfə olaraq Türkiyənin Gürcüstanın regional bazarlarına nəql olunmasına başlanılmışdır. XXI əsrin boru kəməri - Cənub Qaz Dəhlizi 2020-ci ilin sonuncu günündə uğurla tamamlanmışdır. Bu il dünyanın aparıcı enerji şirkətləri olan Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri ilə birgə istehsal gücü 470 meqavat olacaq biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyasının təməlqoyma mərasimləri keçirilmişdir. Külək günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Elektrik enerjisi istehsalının bərpaolunan enerji mənbələri hesabına şaxələndirilməsi prioritet məsələlərdən biridir.

Bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir regionda hökm sürən sabitlik enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. Gələcəkdə işğaldan azad edilmiş ərazilər "yaşıl enerji" ilə təmin olunacaq, bununla da bərpa olunan enerji mənbələri üzrə investisiyalar birgə layihələr sahəsində əməkdaşlıq imkanları genişlənəcəkdir.

Mustafa KAMAL,

"Respublika".