Fernanda Pena: Səyyahlar bu torpaqların tarixini bilsələr, buraya gəlmək istəyəcəklər
Diaspora

Fernanda Pena: Səyyahlar bu torpaqların tarixini bilsələr, buraya gəlmək istəyəcəklər

Ümid edirəm ki, gələcəkdə bir daha Ağdama gəlmək imkanım olsa, burada insanların firavan yaşadığının şahidi olacağam. Çünki Azərbaycan dövləti burada böyük quruculuq işləri aparır, yeni binalar tikir, torpaqları minalardan təmizləyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri erməni işğalından azad edilmiş Ağdam şəhərinə səfər edən beynəlxalq səyahətçilər qrupuna daxil olan braziliyalı Fernanda Pena deyib.

"Möhtəşəm tarixi yerlərdir. Fikrimcə, siz özünüzlə fəxr etməlisiniz və beynəlxalq ictimaiyyətin də bundan xəbəri olmalıdır. Mən Braziliyadanam və bu yerlər haqqında heç vaxt məlumatım olmayıb. Mən geri dönəndən sonra Braziliyada gördüklərimdən bəhs edəcəyəm. Bunu internet vasitəsilə də etmək olar. Digər səyyahlar da internetə daxil olduğu zaman Azərbaycan haqqında nələri isə öyrənə bilərlər. Onlar bu torpaqların tarixini bilsələr, buraya gəlmək istəyəcəklər", - deyə səyyah bildirib.

AZƏRTAC