FHN-in xilasediciləri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər
Digər xəbərlər

FHN-in xilasediciləri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.