FHN: Qəbələ rayonunun Solquca kəndi yaxınlığında meşə yanğınının söndürülməsi üçün zəruri tədbirlər davam etdirilir
Digər xəbərlər

FHN: Qəbələ rayonunun Solquca kəndi yaxınlığında meşə yanğınının söndürülməsi üçün zəruri tədbirlər davam etdirilir

Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş meşə yanğınının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ərazidə əsasən kol-kos və qismən ağaclar yanır.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, həmçinin Aviasiya dəstəsinin 2 helikopteri yanğının söndürülməsi istiqamətində əməliyyatları davam etdirirlər. Yanğınsöndürmə işlərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.

Relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava şəraiti ilə müşayiət olunan çətin əməliyyat şəraitinə baxmayaraq, yanğınla mübarizə tədbirləri fasiləsiz davam etdirilir.

AZƏRTAC