Finlandiyalı səyyah: Çox təəssüflər olsun ki, işğaldan azad olunmuş ərazilər kütləvi şəkildə minalanıb
Diaspora

Finlandiyalı səyyah: Çox təəssüflər olsun ki, işğaldan azad olunmuş ərazilər kütləvi şəkildə minalanıb

Şuşanın əsrarəngiz təbiətinə heyran qaldıq. Burada aparılan sürətli bərpa işləri, yeni yolların, binaların və yaşayış məntəqələrinin tikintisi bizi çox sevindirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri işğaldan azad edilmiş Şuşa şəhərinə səfər edən beynəlxalq səyahətçilər qrupuna daxil olan finlandiyalı Karimat Divalteri deyib.

"Çox təəssüflər olsun ki, işğaldan azad olunmuş ərazilər kütləvi şəkildə minalanıb. Bu yerlərin minalardan təmizlənməsi üçün həmin ərazilərin dəqiq xəritəsi verilməlidir ki, minalardan təmizlənmə işi sürətlənsin və buraya gələn vətəndaşlar üçün də heç bir təhlükə olmasın", - deyə o əlavə edib.

AZƏRTAC