Fonduna 74 milyon manata yaxın vəsait toplanıb
Sosial həyat

Fonduna 74 milyon manata yaxın vəsait toplanıb

İndiyədək Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) 73 milyon 753 min 970 manat 91 qəpik vəsait toplanıb.

AZƏRTAC fondun saytına istinadla xəbər verir ki, həmin vəsaitin 23 milyon 407 min 303 manat 51 qəpiyi fiziki şəxslər, 50 milyon 346 min 667 manat 4 qəpiyi isə hüquqi şəxslər tərəfindən ödənilib. Xərclənən vəsait 60 milyon 454 min 504 manat 41 qəpik, qalıq məbləğ isə 13 milyon 299 min 466 manat 5 qəpikdir.

Fond tərəfindən indiyədək 2 min 927 şəhidin ailəsi ziyarət olunub. Həmçinin fondda Vətən müharibəsində ağır yaralanan 5 min 537 nəfərin müraciəti qeydə alınıb. Bu günədək 12 min 395 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Ümumilikdə ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 16 min 904-dür.

Bu günədək şəhid ailələrinin və yaralıların problemlərinin həlli üçün 21 min 686 ödəniş həyata keçirilib. Ehtiyacların təmin olunması üçün fond tərəfindən qarşılanan məbləğ 60 milyon 454 min 504 manat 41 qəpik olub.

Qeyd edək ki, "YAŞAT" Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılıb.

AZƏRTAC