“Foreign Policy” nəşri: ATƏT-in Minsk qrupunun fəaliyyəti mənasızdır
Siyasət

“Foreign Policy” nəşri: ATƏT-in Minsk qrupunun fəaliyyəti mənasızdır

ABŞ-ın dünyada geniş oxucu auditoriyasına malik nüfuzluForeign Policynəşrində Kanada Qlobal Məsələlər İnstitutunun tədqiqatçı-alimi Robert KatlerinMinsk qrupunun fəaliyyəti mənasızdırsərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağda sülhməramlı səylərinin nəticəsiz səmərəsiz olduğu vurğulanır. Müəllif yazır: “Belə bir aforizm var ki, generallar zəfərlə başa çatacaq müharibəyə hazırlaşır, diplomatlar isə çox vaxt möhkəm sülh ya ən azından dayanıqlı sülh üçün təşəbbüslə çıxış edirlər. Adətən, onlar bəzi səbəblərdən, o cümlədən şəraitin dəyişməsi ucbatından uğursuzluğa düçar olurlar. ATƏT-in 1990- illərdə təsis etdiyi Minsk qrupu da bu aqibətlə üzləşib”.

Təxminən 30 il ərzində Minsk qrupunun səmərəsiz fəaliyyət göstərdiyini qeyd edən müəllif vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələrinin son Qələbəsi Ermənistanın işğalına son qoyulması bütün məsələlərə nöqtə qoyub. O yazır: “İndi bu, artıq iflas sonun çatması deməkdir. Onun (Minsk qrupunun-AZƏRTAC) fəaliyyəti dəfn edilib, indi real sülh barışıq zamanıdır, geriyə baxmaq yox, gələcəyə istiqamətlənmək vaxtıdır”.     

Məqalədə xatırladılır ki, 1992-ci ilin martında Avropada Təhlükəsizlik Əməkdaşlıq Konfransı (o zaman hələ ATƏT adlanmırdı) tərəfindən təşəbbüsü irəli sürülən Minsk qrupu 1995-ci ilin martında Rusiya ABŞ-ın həmsədrliyi ilə təsis edildi, Fransa isə 1997-ci ildə bu qrupa qoşuldu beləliklə, triumvirat yarandı.

Adətən bir fakt unudulur ki, Minsk qrupunun həmsədrlərlə yanaşı, əlavə səkkiz üzvü var. Çox vaxt bunun səbəbi qeyd olunmur həmin əlavə üzvlərlə məsləhətləşmə aparılmır, onların rəyi soruşulmur. Azərbaycan Ermənistanla yanaşı, qrupun digər üzvləri Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç Türkiyədir. 1990- illərin sonlarında  Minsk qrupu üç plan təqdim etdi müharibə tərəfləri tərəfindən rədd edildi. 1997-ci ildə irəli sürülmüş birinci plan hərtərəfli təklif (“Paket həll”) adlanırdı silahlı münaqişəyə son qoyulmasını, eləcə regionun statusunun müəyyən edilməsini ehtiva edirdi. Bu, Azərbaycan Ermənistan tərəfindən rədd edildikdən sonra Minsk qrupu 1997-ci ilin sentyabrındamərhələli həlladlanan taktiki-logistik seqmentlərin vasitəsilə hərbi münaqişəyə son qoyulmasını nəzərdə tutan yeni razılaşma təqdim etdi. Bu plan o vaxt Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan tərəfindən qəbul olunmadı. Nəhayət, 1998-ci ilin noyabrında Minsk qrupu başqa hərtərəfli plan (“ümumi dövlət”) təklifini irəli sürdü. Bu təklif Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyü çərçivəsindəDağlıq Qarabağ dövlət-ərazi vahidinin yaradılmasını, budövlətinsuverenliyinin, öz pasportunun, pul vahidinin, milli qvardiya polis qüvvələrinin olmasını nəzərdə tuturdu. Azərbaycan qüvvələri bu əraziyə daxil ola bilməzdi, amma Dağlıq Qarabağ Azərbaycanda seçkilərdə parlamentdə iştirak etmək hüququ əldə etməli idi. Tarixdəümumi dövlətsiyasi forması çox vaxt uzunmüddətli olmur. Məsələn, nümunə kimi göstərilən Transqafqaz Demokratik Federativ Respublikası 1918-ci ildə mövcudluğunu bir aydan çox sürdürə bilmədi. Azərbaycan tərəfi Minsk qrupununümumi dövləttəklifini səmərəsiz qiymətləndirərək rədd etdi”, - deyə müəllif yazır.

Robert Katler qeyd edir ki, 2007-ci ilin noyabrında Ermənistan Azərbaycan xarici işlər nazirlərinin Madriddə keçirilən konfransında  Minsk qrupu tərəfindən münaqişənin həllinə dairMadrid prinsiplərinin orijinal versiyası təqdim olundu. 2009-cu ildə mətni dəyişdirilən bu planda Dağlıq Qarabağın ətrafındakı 7 rayon üzərində Azərbaycanın nəzarətinin bərpa olunması, Dağlıq Qarabağın təhlükəsizliyini özünüidarəsini nəzərdə tutan təminatları ehtiva edənkeçici statusunverilməsini, Ermənistanla dəhlizin təminini, leqal statusun verilməsi üçün hazırlıq görülməsini, müvəqqəti köçkünlərin qayıtmasını, sülhməramlı əməliyyatlarını həyata keçirilməsini nəzərdə tuturdu. “Kazan formuluadlanan təklif isə 2011-ci ildə Rusiyanın vasitəçiliyi ilə irəli sürüldü. Bu plana görə, Ermənistan Dağlıq Qarabağın ətrafında işğal etdiyi 7 rayondan 5-ni Azərbaycana qaytarmalı, sonradan Laçın Kəlbəcəri boşaltmalı idi. Əvəzində, Azərbaycan Ermənistanın iqtisadi blokadasını aradan qaldırmalı, iqtisadi humanitar əməkdaşlıq, demilitarizasiya prosesləri başlamalı, sülhməramlı qüvvələr yerləşdirilməli idi

Məqalədə diqqətə çatdırılır ki, sovet dövründə olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti artıq mövcud deyil Azərbaycan Ordusu bu keçmiş vilayətin böyük hissəsini, o cümlədən mühüm şəhəri Şuşanı nəzarətə götürüb. Qalan hissədə isə Rusiyanın sülhməramlı qüvvələri yerləşib. İndi Azərbaycanın tərkibindəDağlıq Qarabağadlı inzibati-ərazi vahidi yoxdur hər hansı leqal status da gündəmdə deyil. Yuxarıda qeyd olunanMadrid prinsiplərimünaqişənin sülh yolu ilə həllini nəzərdə tuturdu, amma proseslər müharibə həddinə çatdı Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz əraziləri üzərində suveren hüquqlarını qorudu. 1993- ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə Ermənistanın Azərbaycanın suveren ərazilərini işğal etməsini təsbit etmişdi. Bundan başqa, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildəMadrid prinsiplərini təftiş edərək sözdəDağlıq Qarabağ respublikasınınAzərbaycanla danışıqlarda tərəf kimi iştirak etməsinə çağırırdı. Bu çağırış danışıqların dayanmasına gətirib çıxardığı kimi, həm ATƏT-in vasitəçilik missiyasının səmərəliliyini zərbə altına qoydu. Artıq bu təşkilatın fəaliyyətinin anlamı qalmamışdı. Belə ki, 30 ilə yaxın davam edən diplomatik inersiya iflasla nəticələndi. Eyni zamanda, Minsk qrupunun iki həmsədri - Fransa ABŞ regionda təsirini itirdi.

Müəllif vurğulayır ki, Fransa Prezidenti Emmanuel Makron diplomatik neytrallığa əməl etmək əvəzinə, Ermənistanı dəstəkləyən bəyanatla çıxış edib. O, Türkiyəni ittiham edərək birtərəfli mövqe tutub. Bu məsələdə Fransada yaşayan ermənilərin təsiri var. ABŞ-a gəldikdə isə, hələ Obama administrasiyası dövründə Cənubi Qafqazdan uzaqlaşan Vaşinqton Türkiyə-Ermənistan məsələsində yanlış siyasət yürüdüb. Erməni lobbisinin Bayden administrasiyasına təzyiqi Azərbaycanla ABŞ arasında münasibətlərin gələcəyinin düzgün qiymətləndirilməsinə mane olur

Münaqişənin birdəfəlik həllində yeganə çıxış yolunun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması olduğunu qeyd edən müəllif, Minsk qrupunun səmərəsiz fəaliyyəti barədə fikirlərini davam etdirərək yazır: “Bundan əlavə, 2017-ci ildə ABŞ-ı Minsk Qrupunun həmsədrlərindən biri kimi təmsil edən səfir Riçard Hoqland öz fəaliyyətindən danışaraq, necə deyərlər, “torbadan pişiyiburaxıb. Onun səmimi sözləri sitat gətirməyə layiqdir: “Beşulduzlu otellərdə qaldıq, bizə xüsusi yemək otağı əlavə xərc tələb etmədən otaqlar ayrılmışdı. Getdiyimiz şəhərlərdə ən yaxşı restoranları axtarırdıq. ATƏT-in bayrağı altında Bakı İrəvan arasında danışıqlara dair Minsk qrupunun mövcudluğunu xatırlatdığımız müddətcə yaxşı yaşadıq. Ancaq açıq danışsaq, çox az gördük”.

Məqalənin sonunda qeyd olunur ki, əhalisi Ermənistandan üç dəfədən çox olan Azərbaycanın milli gəliri ondan dörd dəfə artıqdır. Ermənistan hələ Rusiyadan asılı vəziyyətdədir. Bu ölkəyə yalnız erməni diasporu 3 milyard dollar ayıracağını bəyan edən Avropa İttifaqı yardım edir. Erməni diasporu militarist mövqedən çıxış etsə , ermənilərin son 25 ildə yaşadığı problemlərdən uzaqdır. Ter-Petrosyanın baş müşaviri olmuş Jirair Libardian erməni diasporunun maksimalist mövqeyinin Dağlıq Qarabağ məsələsində ermənilərə təsirinin fəlakətlə nəticələnəcəyini hələ 1990- illərdə xəbərdarlıq edirdi. O deyirdi ki, “bizi bu tarixi fəlakətə aparan düşüncənin davam etdirilməsi yeni müharibənin başlamasına əlimizdə olanların da itirilməsinə səbəb olacaq”.  

AZƏRTAC