Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 31-də saat 11:00-da Bərdə şəhərindəki Bərdə Peşə liseyinin binasında Bərdə və Tərtər rayonları sakinlərinin qəbulunu keçirəcək.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbula gələn vətəndaşların qeydiyyatı martın 30-da Bərdə Peşə Liseyinin binasında (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 111) saat 09:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu:
+994 (12) 512-01-14,
e-mail: [email protected].
AZƏRTAC