Fransa jurnalı Ağdamı tərk olunmuş 10 şəhər sırasına daxil edib
Digər xəbərlər

Fransa jurnalı Ağdamı tərk olunmuş 10 şəhər sırasına daxil edib

Azərbaycanda dağlarla əhatə olunmuş XVIII əsr şəhəri olan Ağdam bu ölkə ilə Ermənistan arasında baş vermiş münaqişə zamanı dağıdılıb, talan edilib, şəhərdən yalnız xarabalıqlar qalıb.

AZƏRTAC xəbər verir ki, bu fikir Fransanın "Admagazine" jurnalının internet səhifəsində dərc edilmiş "Böyük təəccüb doğuran 10 tərk edilmiş şəhər" sərlövhəli məqalədə yer alıb.

Məqalədə dünyanın ən çox dağılmış 10 şəhəri təqdim olunub. Bu şəhərlər arasına 30 ilə yaxın erməni işğalı altında qalmış, "Qafqazın Xirosiması" adlandırılan Ağdam şəhəri də daxil edilib. Siyahıda yer almış şəhərlərin əksəriyyəti təbii fəlakətlərə görə tərk edilib. Yeganə olaraq Ağdam erməni işğalı zamanı dağıdılmış şəhər kimi təqdim olunub.

AZƏRTAC