Fransalı kulinar: Festival yüksək təşkilatçılığı ilə diqqət çəkir
MÜSAHİBƏLƏR

Fransalı kulinar: Festival yüksək təşkilatçılığı ilə diqqət çəkir

İlk dəfədir Şuşaya səfər edirəm. Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında iştirak etdiyim üçün çox məmnunam. Festival yüksək təşkilatçılığı ilə diqqət çəkir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında fransalı kulinar Cyril Rouquet Prevost deyib.

"Azərbaycanda insanların səmimiliyi, qonaqpərvərliyi, gülərüzlülüyü ilk andan adamda bir doğmalıq, yaxınlıq yaradır. Bura gəlməmişdən əvvəl ölkənizlə bağlı geniş məlumatlarla tanış oldum. Azərbaycanın Şərqlə Qərbin qovşağında yerləşməsi bu yurdum qədimliyindən xəbər verir. Festivalın Şuşa kimi tarixi şəhərdə keçirilməsi, milli-mənəvi dəyərlərin nümayiş baxımından olduqca önəmlidir. İnanıram ki, belə festivallar xalqlarımız arasında mövcud əlaqələrin daha da möhkəmləməsinə öz töhfəsini verəcək", - deyə qonaq bildirib.

AZƏRTAC