Fransanın media qurumu ERE TV-nin nümayəndələri Ağdama səfər ediblər
Digər xəbərlər

Fransanın media qurumu ERE TV-nin nümayəndələri Ağdama səfər ediblər

Fransanın media qurumu ERE TV-nin nümayəndələri Ağdama səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Rayonunun işğaldan azad edilmiş hissəsi üzrə Xüsusi Nümayəndəliyinin rəsmi tviter səhifəsində paylaşım edilib. Səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib və şəhərin yenidənqurma planı haqqında məlumat verilib.

Qeyd edək ki, ERE TV-nin nümayəndələri ötən gün Füzuliyə səfər ediblər. Səfər zamanı qonaqlar Füzulinin dağıdılmış hissələri, eyni zamanda, işğaldan azad olunduqdan sonra həyata keçirilən yenidənqurma və bərpa işləri də tanış olublar.

AZƏRTAC