Fransanın xəbər portalının təsisçisi: Ağdam erməni vandalizmi nəticəsində xarabalığa çevrilib
MÜSAHİBƏLƏR

Fransanın xəbər portalının təsisçisi: Ağdam erməni vandalizmi nəticəsində xarabalığa çevrilib

Bu, mənim Ağdama ikinci səfərimdir. Birinci səfərim 2021-ci ilin mayında olub. Göründüyü kimi, bu şəhər müharibə zamanı yox, erməni vandalizmi nəticəsində yerlə-yeksan edilib və xarabalığa çevrilib. İndi anlayıram ki, Ağdam şəhəri nəyə görə Qafqazın Xirosiması adlanır.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında erməni işğalından azad edilən Ağdam rayonunda Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brun söyləyib.

İkinci səfərində Ağdamı tam fərqli gördüyünü söyləyən Jan Mişel Brun deyib: "Hiss edirəm ki, bu torpaqlara həyat yenidən qayıdır. Burada çoxsaylı yeni tikintilərə rast gəldim. Bir il əvvəl Ağdamın dağıdılmış Cümə məscidində də olmuşdum. Ümid edirəm ki, bütün işğaldan azad olunmuş ərazilər, o cümlədən bu məscid də uğurla bərpa olunacaq".

AZƏRTAC