Füzuli rayon sakini şikayətinə operativ qaydada baxılaraq həll olunmasına görə prokurorluq əməkdaşlarına minnətdarlıq edib
Digər xəbərlər

Füzuli rayon sakini şikayətinə operativ qaydada baxılaraq həll olunmasına görə prokurorluq əməkdaşlarına minnətdarlıq edib

Füzuli rayonunun Mirzənağılı kənd sakini Baxşalıyev Yaşar Baxış oğlu Qazaxlar kənd bələdiyyəsinin sədrinin ondan torpaq sahəsinin özəlləşməsi üçün dövlət rüsumu olaraq 500 manat məbləğində pul alması, özəlləşmə prosesinin ləngiməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma nəticəsində məsələ müsbət həllini tapıb Y.Baxşalıyevin müraciəti təmin olunub.

Vətəndaş Y.Baxşalıyev prokurorluğun sosial şəbəkə hesabına çəkdiyi videonu göndərərək ictimailəşdirilməsini xahiş edib.

Həmin videoçarx Baş Prokurorluğun mətbuat xidməti tərəfindən sözvətəndaşda həştəqi ilə ictimaiyyətə təqdim olunub. Videoçarxda Y.Baxşalıyev şikayətinə operativ qaydada baxılmasına məsələnin ədalətli həllinə görə prokurorluq əməkdaşlarına minnətdarlıq ifadə edib.

AZƏRTAC