Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının Məzun Günü
Digər xəbərlər

Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının Məzun Günü

5 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının Məzun Günü baş tutub.

Məzun Günündə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru səfir Hafiz Paşayev, XİN-in struktur bölmə rəhbərləri, gənc diplomatlar iştirak edib.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov çıxış edərək 10 oktyabr 2022-ci il - 20 may 2023-cü il tarixlərində həyata keçirilən Xarici Siyasət Proqramının məzmunu, müxtəlif sahələr üzrə təşkil olunmuş təlimlər və səfərlər haqqında ətraflı məlumat veriblər

Daha sonra çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov hazırkı dövrdə transformasiyaya uğrayan beynəlxalq münasibətlər sistemində ölkəmizin milli maraqlarına əsaslanan Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun irəlilədilməsində diplomatların üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. Bu istiqamətdə, nazir Ceyhun Bayramov bu kimi çağırışların öhdəsindən gəlmək üçün diplomatların bilik və bacarıqlarının artırılmasının vacib olduğunu vurğulayıb.

Daha sonra çıxış edən və öz diplomatik təcrübəsini iştirakçılarla bölüşən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev gənc diplomatlara fəaliyyətlərində uğurlar arzu edib.

Sonra proqram iştirakçıları çıxış edərək proqram haqqında fikir və təəssüratlarını diqqətə çatdırıb, habelə proqram təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.

“Respublika”.