Gəncə Apellyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi haqqında  Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Hüquqi aktlar

Gəncə Apellyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi haqqında  Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Cəfərov Rafiq Musa oğlu,

Əliyev Nural Turab oğlu.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri                     Sahibə Qafarova

Bakı şəhəri, 23 dekabr 2022-ci il