Gəncə ŞİH-in başçısı şəhid Orxan Əsgərovun ata evində keçirilən yas mərasimində iştirak edib
Region

Gəncə ŞİH-in başçısı şəhid Orxan Əsgərovun ata evində keçirilən yas mərasimində iştirak edib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları Recep Öztop, Nikolos İaşvili, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri şəhid Orxan Əsgərovun ata evində keçirilən yas mərasimində iştirak ediblər. Şəhər rəhbəri Niyazi Bayramov şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərova başsağlığı verib, uca Allahdan ailəyə səbr diləyib.

Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov yanvarın 30-da çoxsaylı ictimaiyyət nümayəndələrinin, dövlət və hökumət işçilərinin, deputatların, ziyalıların və hərbçilərin iştirakı ilə İkinci Şəhidlər Xiyabanında dəfn edilib.

Zabit XƏLİLOV, 

“Respublika”.