GƏNCƏ: “ZƏFƏR” ADLI  FLƏŞMOB  
Region

GƏNCƏ: “ZƏFƏR” ADLI  FLƏŞMOB  

Gəncədə Vətən müharibəsinin birinci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Şəhər icra hakimiyyəti tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər  Gününə həsr edilən “ZƏFƏR” adlı fləşmob keçirilib.

Fləşmob Gəncənin mərkəzində möhtəşəm  Heydər Əliyev adına meydanda təşkil olunub. Fləşmobda  M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb liseyin, 17 nömrəli və M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Şagirdlər müharibə zamanı Vətənin keşiyində duran əsgərlərimizin və “ZƏFƏR” sözünün əksini canlandırıblar.  Qeyd edək ki, fləşmob 1200 şagirdin iştirakı ilə reallaşıb.

Zabit XƏLİLOV,

  “Respublika”.