Gəncədə erməni terroru nəticəsində mənzilləri yararsız vəziyyətə düşən sakinlərin bir qisminə kompensasiya ödənilib
Digər xəbərlər

Gəncədə erməni terroru nəticəsində mənzilləri yararsız vəziyyətə düşən sakinlərin bir qisminə kompensasiya ödənilib

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyası tərəfindən müvafiq işlər aparılıb. Gəncədə raket zərbələri nəticəsində zərərçəkən ailələrin bir qismi Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 272 ünvanında yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin olunublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, digər 12 ailəyə isə istəklərinə uyğun olaraq razılaşdırılmış qaydada mənzillərinin dəyəri məbləğində pul vəsaiti köçürülüb.

Bununla əlaqədar olaraq kompensasiya alan ailələr Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

AZƏRTAC