GƏNCLƏRİMİZ ULU ÖNDƏRİN İDEYALARININ LAYİQLİ DAVAMÇILARIDIR
Siyasət

GƏNCLƏRİMİZ ULU ÖNDƏRİN İDEYALARININ LAYİQLİ DAVAMÇILARIDIR

Gənclik hər bir ölkənin gələcəyinin təməlidir. Gəncliyin yüksək intellektual biliyə malik olması, mənəvi milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi milli prioritet istiqamətlərdən sayılır. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünür, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi.

Ulu öndər Heydər Əliyevin gənclər siyasəti 5 mühüm istiqaməti əhatə edirdi. Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil mədəni islahatlar həyata keçirmək, gənclərin təşkilatlanmasını təmin etməklə onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək, gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq onların məsuliyyət hissini formalaşdırmaq, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin yüksək səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq ümummilli liderin müəyyən etdiyi strateji hədəflər olub.

Ulu öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə gənclər siyasətinin əsaslarını yaratmışdı. Həmin dövrdə 15 mindən artıq azərbaycanlı gənc SSRİ-nin müxtəlif nüfuzlu universitetlərində təhsil almaq üçün göndərildi. Təhsil infrastrukturunun yenilənməsi, hərbi liseyin fəaliyyətə başlaması, ali orta təhsil müəssisələrində müxtəlif təyinatlı yeni ixtisasların açılması, idman infrastrukturunun yenidən qurulması gələcək Azərbaycan gəncliyinin formalaşmasına yönəlmiş mühüm addımlardan idi.

Ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi şəxsiyyət gənclərin dövlətin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. 1993- ildə ulu öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra 1994- il iyulun 26-da Gənclər İdman Nazirliyini yaratdı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996- il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsinə göstəriş verdi özü bu tədbirdə şəxsən iştirak etdi. 1 fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər "2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

 Ölkəmizdə gənclərə olan hərtərəfli dəstək onların fəallığını daha da artırır. Ulu öndərdən öyrənmək, onun ideyalarının davamçısı olmaq böyük şərəfdir! Elə millətin böyüklüyü ondadır ki, öz tarixini yaradan şəxsiyyətləri yaşadır, onun irsini öyrənir gələcək nəsillərə öyrədir.

Heydər Əliyev Azərbaycanı gənclərə əmanət etdi! Əmanəti göz bəbəyi kimi qoruyarlar! Azərbaycan gəncliyi indi olduğu kimi, hər zaman Azərbaycanı sevməli, qorumalı, inkişaf etdirməli, gələcəyə ən yaxşı şəkildə çatdırmalıdır!

Gənc nəslin ulu öndər Heydər Əliyevə bir etibar borcu var. Borcun ən gözəl keyfiyyəti onu qaytarmaqdır. Gənclər bu borcu onun ideyaları ətrafında sıx birləşməklə, onun zəngin irsini dərindən öyrənmək, mənimsəmək təbliğ etməklə qaytara bilər. Bütün gücümüzü sərf etməliyik ki, həm Azərbaycan, həm Heydər Əliyev, həm onun ideyaları dünya durduqca yaşasın! Elə bugünkü kimi...

Vüqar NƏBİYEV,

Qazax Rayon Gənclər İdman İdarəsinin rəisi.