Gerçəyə dönən arzular: Sədərək-Dilucu
Siyasət

Gerçəyə dönən arzular: Sədərək-Dilucu

1992-ci il mayın 28- Araz çayı üzərində "Ümid", "Həsrət" ya "Könül" körpüsü adlandırılan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. 31 il öncə açılan bu körpü sarsılmaz qardaşlığı özündə təcəssüm etdirir. Bu baxımdan, ölkəmizdə Müstəqillik Günü kimi qeyd edilən 28 may tarixi bizim üçün ikiqat bayramdır. Bu tarix türk Azərbaycan xalqlarını bir-birinə qovuşdurmaq, qəlbdən-qəlbə körpü salmaq, Naxçıvanın inkişafı baxımından özündə bir çox mətləbləri birləşdirir. Sözügedən dostluq körpüsünün istifadəyə verilməsinin mahiyyətini anlamaq üçün o dövrün hadisələrinə nəzər salmaq lazımdır.

Naxçıvan həmin dövrdə tamamilə təklənmiş vəziyyətdə idi. O dövrdə Türkiyə ilə münasibətlərin bərpası istiqamətində Naxçıvanda görülən işlər, atılan addımlar Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyinə - bu gününə istiqamətlənmişdi. 1992-ci ilin martında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ümummilli lider Heydər Əliyevin bölgəni blokada məngənəsindən xilas etmək məqsədi daşıyan Türkiyə səfəri muxtar respublikanın ən zəruri ehtiyaclarının həlli baxımından uğurlu nəticələrlə yadda qaldı. Bu səfərdən sonra nəqliyyat, kommunikasiya digər istiqamətlərdə faydalı əməkdaşlığın əsası qoyuldu. Eyni zamanda, daha geniş xarakter alan dostluq münasibətlərinin dolğun şəkildə həyata keçirilməsində Sədərək-Dilucu körpüsünün açılışının müstəsna əhəmiyyəti oldu. Körpünün qısa zamanda tikilməsi o vaxtkı Türkiyə hakimiyyətinin rəhbəri Süleyman Dəmirəllə Ulu öndər Heydər Əliyevin dostluq münasibətlərinin bəhrəsi idi. Mustafa Kamal Atatürkün "Türk qapısı" adlandırdığı Naxçıvana Türkiyə Cümhuriyyəti daim diqqətlə yanaşıb. Naxçıvanla Türkiyə arasında salınan Sədərək-Dilucu körpüsü bu bölgənin beynəlxaq aləmə ilk çıxış yolu kimi yadda qaldı. Türkiyə-Azərbaycan əlaqələrinin bugünkü səviyyəsini, türk dünyasının birlik bütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işləri şərh edərkən Sədərək-Dilucu körpüsünün əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

Beləliklə, 1992-ci ilin 28 may günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dili bir, dini bir, ruhu bir, kökü eyni tarixdən qaynaqlanan iki xalqın bir-birinə qovuşması tarixi hadisə idi. Hər iki xalq bu günü uzun illər gözləmişdi. Həmin gün körpü üstündə qucaqlaşan minlərlə insanın gözündən sevinc yaşları axırdı. Sədərək-Dilucu körpüsünün istifadəyə verildiyi gün Naxçıvanda əsl bayram sevinci yaşanırdı. Dünyanın heç bir ölkəsində istifadəyə verilməsi bayrama çevrilən ikinci bir körpü yoxdur. Ümummilli lider Heydər Əliyevin dediyi kimi "...həmin gün uzun müddət davam edən həsrət sona çatdı, arzu ümidlərimizin körpüsü açıldı".  Ötən 31 ildə qardaş ölkənin yaxın vilayətləri ilə muxtar respublika arasında iqtisadi-ticarət humanitar əlaqələrin inkişafı davamlı xarakter alıb. Bu gün Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında bütün sahələrdə mövcud olan qarşılıqlı əlaqələr dinamik şəkildə inkişaf edirHər bir uğur, qələbə "Ümid" başlayır. Bu gün Naxçıvanın xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur. Bölgənin keçirdiyi iqtisadi çətinliklərin nəqliyyat blokadasının ləğvində körpünün rolu əvəzedilməz danılmazdır. Şərqlə Qərbin qovşağında, Böyük İpək Yolunun üzərində yerləşən bu qədim diyarın sürətli sosial-iqtisadi inkişafı bölgənin turizm, eləcə tranzit imkanlarını ildən-ilə artırır. Bütün bunlar isə onu deməyə əsas verir ki, 31 ildir ümidlərin arzuların körpüsü olaraq bir millətin iki dövlətini birləşdirən Sədərək-Dilucu körpüsü bundan sonra da iki qardaş xalqın rifah halının yaxşılaşmasına, sarsılmaz birliyinə bütövlüyünə xidmət edəcək.

Körpü kəndləri, şəhərləri, ölkələrarası bölgələri, dövlətləri millətləri bir-birinə birləşdirən nəqliyyat infrastrukturlarından biridir. Yaxın tariximizdən bəllidir ki, işğalçı Ermənistanın son 30 il ərzində ölkəmizə qarşı törətdiyi hüquqi, mənəvi, iqtisadi terror sırasında Naxçıvanı ərazi etibarilə Azərbaycandan ayrı salmaq əsas məqsəd olub. Lakin 10 noyabr tarixli Bəyanata əsasən Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasına başlanılıb. Naxçıvanı Azərbaycana, Azərbaycanı isə Türk dünyasına birləşdirəcək Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Həyata keçirilməkdə olan Qars-Naxçıvan dəmir yolu layihəsi Naxçıvanla Türkiyəni birləşdirəcək. Bütün bunlar isə qardaş Türkiyə ilə gediş-gəlişimizin daha da intensivləşdirilməsinə stimul olacaq. Beləliklə, "Ümid" başlanan bu siyasət ölkəmizi ümidli sabahlara aparır.

Nuranə DAXİLQIZI,

"Respublika".