Gizli ölümlərlə  mübarizə aparılır
Digər xəbərlər

Gizli ölümlərlə  mübarizə aparılır

Rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşməni darmadağın etdi. Tarixi zəfərimizdən iki il yarım vaxt keçməsinə baxmayaraq, ermənilər hələ məğlubiyyətlərini qəbullana bilmir, öz məkrli siyasətlərindən əl çəkmək istəmirlər. Düşmənin ərazilərimizi tərk edərkən torpaqlarımızı minalaması da bunun bariz nümunəsidir. Bundan başqa, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini təhvil verməmək üçün saysız-hesabsız bəhanələr uydurur.

Ərazilərimizin minalarla çirkləndirilməsi müharibənin bəlalarından can qurtarmağa imkan vermir. Bütün bunlara baxmayaraqişğaldan azad edilmiş torpaqlarımızda minaların təmizlənməsi istiqamətində mühüm işlər görülür. Bu sahədə çalışan insanlar prosesdə iştirak edənlər, eyni zamanda sıravi vətəndaşlar arasında kifayət qədər minaya düşüb həyatını itirən şəxslər var. Bu cür hallar daha çox Füzuli, Tərtər, Ağdam, Xocavənd rayonunun ərazilərində müşahidə edilir. İşğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırılması nəticəsində yüzlərlə vətəndaşın mina partlayışlarında həlak olduğu ya sağlamlığını itirdiyi Prezident İlham Əliyev tərəfindən beynəlxalq platformalarda dünya ictimaiyyətinə çatdırılır.

Qərb qonşumuz torpaqlarımızda 1,5 milyondan çox mina basdırmış, bununla da Azərbaycan ərazisi ən çox mina ilə çirklənmiş dövlətlər sırasına daxil olmuşdur. Düşmənin bu cür xain fəaliyyəti "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini, BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarını kobud şəkildə pozmuşdur.

Qarabağın işğaldan azad edilən ərazilərində minatəmizləmə işləri geniş vüsət alıb. Çünki bölgədə tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılması ərazilərin mina partlamamış döyüş sursatlarından təmizlənməsindən asılıdır.

Xüsusi vurğulamaq lazımdır ki, 25 il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan humanitar minatəmizləmə dövlət siyasətinin əsas prioritetlərindən hesab olunur. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan təmizlənmə işlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi Dövlət Sərhəd Xidmətinin rolu danılmazdır. Bu işlərlə yanaşı, gizli ölümlərlə mübarizə məqsədilə həm beynəlxalq, həm ölkədaxili maarifləndirici tədbirlər həyata  keçirilir. Mayın 25- "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda ikinci beynəlxalq konfransın Ağdamda işə başlaması bunun bariz nümunəsidir. Ertəsi gün işini Bakıda davam etdirən konfransda ən yaddaqalan məqamlardan biri Prezident İlham Əliyevin tədbir iştirakçılarına  ünvanladığı məktub idi. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən iştirakçılara oxunan məktubda konfransın əhəmiyyəti bir daha bəlli olmuşdurQeyd edək ki, beynəlxalq konfransın əsas məqsədi Azərbaycanın üzləşdiyi mina problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu sahədə yeni tərəfdaşlıqlar qurmaqdır. Çünki minatəmizləmə fəaliyyətinin 90 faizdən çoxu məhz dövlətimizin daxili resursları hesabına aparılır. Bundan başqa, Azərbaycanın humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-i kimi təsis edilməsi barədə təşəbbüsləri ölkəmizin bu sahəyə olan diqqət qayğısının nümunəsidir. Azərbaycanın evsahibliyi etdiyi sayca ikinci olan beynəlxalq humanitar minatəmizləmə konfransında 51 ölkədən 190-a yaxın nümayəndə - sabiq dövlət hökumət başçıları, bir sıra ölkələrin parlamentlərinin üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, qurumların Azərbaycanda akkreditə olunmuş diplomatik korpusum təmsilçiləri iştirak ediblər. Belə bir konfransın məhz ölkəmizdə baş tutması Azərbaycanın təkcə regiona deyil, eləcə beynəlxalq aləmə verdiyi töhfədir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın humanitar minatəmizləmə istiqamətində apardığı işlər beynəlxalq müstəvidə nüfuz qazanıb.

Nəzrin ELDARQIZI,

"Respublika".