Goranboy rayon sakini minaya düşüb
Digər xəbərlər

Goranboy rayon sakini minaya düşüb

Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

AZƏRTAC