Gürcüstan mətbuatında Azərbaycan Prezidentinin səfəri ilə bağlı silsilə materiallar dərc olunub
Digər xəbərlər

Gürcüstan mətbuatında Azərbaycan Prezidentinin səfəri ilə bağlı silsilə materiallar dərc olunub

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 24-də Gürcüstana səfəri bu ölkə mətbuatının diqqət mərkəzində olub. Ölkənin 30-dan çox kütləvi informasiya vasitəsində 100-ə yaxın material dərc olunub, reportajlar yayımlanıb.

AZƏRTAC xəbər verir ki, ölkənin interpressnews.ge, apsny.ge, aktual.ge, newsgeorgia.ge, gaxa.ge, newsday.ge, 24news.ge, kavkasia.net, interpress.ge informasiya portalları, mtavari.tv, 1tv.ge televiziya kanalları Azərbaycan Prezidentinin səfəri, Baş nazir İrakli Qaribaşvili ilə görüşü, xüsusən də mətbuata bəyanatda səsləndirdiyi fikirlərə geniş yer veriblər.

Ümumilikdə bu gün Gürcüstan mətbuatında Azərbaycan, gürcü, rus və ingilis dillərində 100-ə yaxın material dərc olunub, reportajlar hazırlanıb.

Bu materiallarda Azərbaycan Prezidentinin Gürcüstan ilə əlaqələrin inkişafı, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, Bakı-Tbilisi-Supsa və digər kəmərlərlə nəql olunan neft və qazın həcminin artırılması, sülh platforması, Ermənistanla bağlı açıqlamaları və s. barədə fikirlərinə xüsusi yer verilib.

Analitiklərin fikrincə, Gürcüstan mətbuatında ilk dəfədir ki, xarici dövlət və ya hökumət başçısının Gürcüstana səfərindən belə çox material yayımlanıb.

AZƏRTAC