Gürcüstan XİN Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələrə münasibət bildirib
Digər xəbərlər

Gürcüstan XİN Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələrə münasibət bildirib

Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında növbəti hərbi eskalasiyanı və qarşıdurma nəticəsində yaranmış vəziyyəti narahatlıqla müşahidə edirik. Məlumata görə, ölən və yaralananlar var.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatlarla əlaqədar AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, tərəflərin məsələnin sülh danışıqları yolu ilə həllinə nail olmaları və münaqişənin daha da gərginləşməməsi lazımdır. Vəziyyətin gərginləşməsi bütün regionun təhlükəsizliyinə çox mənfi təsir göstərəcək".

Açıqlamada gərginliyin qarşısını almaq və dialoqun yenilənməsini təmin etmək üçün beynəlxalq ictimaiyyətin birgə səylərin vacibliyi xüsusilə qeyd olunur.

"Gürcüstan regionda sülhün və sabitliyin bərpasında fəal iştirakını davam etdirməyə hazırdır, o cümlədən Gürcüstanda tərəflər arasında dialoqa ev sahibliyi etməyi təklif edir", - deyə nazirlik vurğulayıb.

AZƏRTAC