Gürcüstanda Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Hacıyevdən
Məktublar

Gürcüstanda Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Hacıyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident,

Sizi dekabrın 24-də tamam olan 60 illik yubileyiniz münasibətilə həm Qardabani Gənclər Mərkəzinin idarə heyəti, həm də Gürcüstanda yaşayan bütün soydaşlarımız adından təbrik edirik. Allahdan Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Sizin diqqət və qayğınız nəticəsində Gürcüstandakı soydaşlarımız da sakit və firavan həyat sürürlər. Otuz ilə yaxın düşmən tapdağında olan Qarabağımız Sizin düzgün siyasətiniz, dərin düşüncəniz, uzaqgörənliyiniz sayəsində və müzəffər ordunun qorxmaz cəsarəti ilə əziz xalqımıza qaytarıldı. Bu, böyük Qələbə məhz Sizin güclü siyasətinizin nəticəsidir.

Bu gün Gürcüstanla Azərbaycan arasındakı qırılmaz dostluq bağları da Sizin səylərinizlə yüksək səviyyədə davam etməkdədir.

Cənab Prezident, Sizi bir daha təbrik edir, cansağlığı, uzun ömür və daha böyük uğurlar arzulayırıq.

Hörmətlə, 

Hacı Hacıyev

Gürcüstanda Qardabani Gənclər Mərkəzinin icraçı direktoru