Hami Rifal: Ermənilər insanları qəddarlıqla öldürməkdən çəkinməyiblər
MÜSAHİBƏLƏR

Hami Rifal: Ermənilər insanları qəddarlıqla öldürməkdən çəkinməyiblər

Burada hərbi cinayət törədilib. İnsanları işgəncə verərək öldürüblər.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında ABŞ-dan olan jurnalist Hami Rifal söyləyib.

Xocavəndin Edilli kəndində tapılan və azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqla tanış olan amerikalı jurnalist deyib: "Ermənistan beynəlxalq hüquqa zidd olaraq öldürülmüş əsgərlərin cəsədlərini geri qaytarmayaraq kütləvi basdırıb. 29 il keçəndən sonra bu acı reallığı görürük. Görürük ki, ermənilər insanları qəddarlıqla öldürməkdən çəkinməyiblər. Çünki buna cavab verməli olacaqlarından qorxmayıblar". 

AZƏRTAC