Haqqın mərhəməti, şərin nifrəti
Digər xəbərlər

Haqqın mərhəməti, şərin nifrəti

Adi bəşəri bir qayda var ki, hər bir canlıya, hər bir insana öz yuvası əzizdir. Beşikdən başlayaraq bizə təlqin ediblər ki, yuvanı uçurtmaq qonşuya ziyan vurmaq, qarışqanı belə tapdalamaq olmaz. Bizi bu ruhda böyüdüblər, mənəviyyatımız belə dəyərli qanadlı fikirlərlə zəngindir. Çox təəssüf ki, tarix bizi nankor, xain, hiyləgər, qaniçən körpə qatili olan ermənilərlə qonşu edib. Zaman-zaman bizə aydın olub ki, şər böhtan erməniliyin qəddar mahiyyəti, anatomiyasıdır.

Mənim doğulub boya-başa çatdığım Ağdam rayonunun Əliağalı kəndi Ağdərə rayonunun iki erməni kəndi ilə qonşu idi. Ağlım kəsəndən görürdüm ki, belə ermənilərin bir çoxu kəndimizdə qapılarda işləyiblər, bostan becəriblər, müxtəlif görüblər. Axşam isə azuqə dolu çantalarla öz kəndlərinə qayıdıblar. Nəyi demək istəyirəm, harada görüblərsə həmin yerdə erməniyə aid nişanələr qoyublar.

Kəndimizdəki evlərin çoxunda belə nişanələr var idi. Üstü açılandan sonra qoyduqları nişanələri elə ermənilərin özünə ləğv etdirdilər. Tarix həmişə göstərib ki, ermənilər şərə qulluq ediblər. Türk qanına susayıblar, erməni uşağı doğulanda qulağına pıçıldayırlar ki, türk sənin düşmənindir.

Əksinə olaraq, Azərbaycan türkləri ermənilərə qarşı həmişə mərhəmət humanistlik göstəriblər. Çörək yedikləri, pul qazandıqları, xoş münasibət gördükləri kəndimizi ermənilər xarabalığa çevirib adını dəyişərək Ovtaşen qoymuşdular. Bəd niyyətləri gözlərində qaldı.

Birinci Qarabağ müharibəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliyin miqyası çox böyük dəhşətli olub. Xocalıda azərbaycanlı əhaliyə qarşı soyqırımı törədən ermənilər körpə uşaqdan tutmuş yaşlılara qədər hamıya işgəncə veriblər. Belə faktlar çoxdur, onları sadalamaq fikrim yoxdur. Onu demək istəyirəm ki, o ərəfədə Ağdam özünümüdafiə batalyonunun əsgərləri bir neçə ermənini əsir götürmüşdü. Onları şəhər parkında olan binanın zirzəmisində saxlayırdılar. Zirzəmidən küçəyə iki pəncərə açılırdı. Adamlar evlərindən yemək, çörək, su gətirərək pəncərələrdən gizlincə erməni əsirlərə verirdilər. Bir qədər sonra həmin ermənilərə parkda gəzməyə icazə vermişdilər.

Ermənilərin bizim əsirlərə verdikləri işgəncələri sözlə ifadə etmək mümkün deyil. Girov götürülən dinc insanları əzab-əziyyətlə döyüblər, qol-qıçlarını sındırıblar, gözlərini çıxarıblar, damarlarına zəhərli maye vurublar s

Real mənzərə belədir. Bunları niyə xatırladım. Ötən ilin payızında qəhrəman ordumuzun döyüşçüləri tərəfindən torpaqlarımızda təxribat törətməyə cəhd edən iki erməni əsir götürülüb. Araşdırma zamanı məlum olub ki, onlar həm Xocalıda törədilən soyqırımı caniləridir. İstintaq yekunlaşıb, bir neçə gün əvvəl Bakı Hərbi Məhkəməsi tərəfindən canilərin məhkəməsi başlayıb. Müttəhimlər kürsüsündə dayanan Mkrtiçyan Lüdvik Mkrtiçoviç Xosrovyan Alyoşa Aramaisoviç təzə geyimləri, səliqəli halları, tox görkəmləri ilə diqqətimi cəlb etdi. Elə bil istirahətdən təzə gəliblər. Halbuki, əsir götürüləndə onların üst-başları nimdaş, saqqalları yarım metr, ac-yalavac bir vəziyyətdə idi.

Azərbaycanlı əsirlərin Xankəndidə keçirilən məhkəmə prosesi hamının yadındadır. Hiss olunurdu ki, onlar aclıqdan, erməni işgəncələrindən çox əziyyət çəkiblər. Onların qol-qabırğalarını belə sındırıblar. İnsana yaraşmayan həqarətlə üzləşiblər. Azərbaycanlılar öz evlərində öldürüləndə, yandırılanda, əsir girov götürüləndə, illərlə işgəncələr altında saxlanılanda lal olan Avropanın bəzi ermənipərəst ermənisevər dövlətləri bu vəhşiliyi görməzliyə vurur, hərbi cinayətkarları müdafiə edirdi. Deyəsən, indi kor gözləri açılıb, erməni əsirlərdən ötrü haray-həşir salırlar, insan haqlarından, demokratiyadan dəm vururlar.

Yaxşı yadımdadır, cəbhədə uduzan ermənilər Azərbaycanın yaşayış məntəqələrini, dinc insanları, məktəbləri, uşaq bağçalarını hədəfə alaraq top raket atəşinə məruz qoyurdu. Cəbhədə uduzan ermənilər Gəncə Bərdə şəhərlərini Ermənistan ərazisindən uzaqmənzilli raketlərlə atəşə tutdular nəticədə dinc insanlar, uşaqlar həlak oldu. Mənfur ermənilərin xisləti budur. Ermənilik budur.

Ermənistan təxribatçı, terrorçu, ziyanverici dövlət olduğunu dəfələrlə nümayiş etdirib. Məlum olduğu kimi, terrorçu da beynəlxalq qanunları sayır, ki, bəşəri dəyərləri. Erməniliyin xəstə lovğa təfəkkürün mahiyyəti kimi ciddi müalicəyə ehtiyacı var. Ancaq son 200 ilin hadisələri bir daha göstərir ki, onlar müalicəyə, sağlam düşüncəyə, qonşuluğa meyilli deyil.

Birinci Qarabağ müharibəsi dövründə Ağdamda iki Şəhidlər xiyabanı salınmışdı. Orada, şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamın işğalından sonra ermənilər xislətlərinə uyğun olaraq, hər iki Şəhidlər xiyabanındakı qədim tarixi olan Qarağacıdakı qəbirlərin hamısını qarət məqsədilə qazaraq dağıdıblar. 100 hektardan çox ərazini əhatə edən qədim qəbiristanlığı dağıdandan sonra şumlayıblar.

Vicdanı ağlı yerində olan əcnəbilər bu qatı cinayətə biganə qala bilmirlər. Torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklər əcnəbiləri heyrətə gətirib. Bu günlərdə Ağdamda səfərdə olan Rusiyada çıxanNasionalnaya oboronajurnalının baş redaktoru İqor Korotçenko jurnalistlərə müsahibəsində deyib. Belə təsəvvür yaranır ki, burada sanki atom bombası partladılıb. Dağıdılmış Ağdam, atom bombası ilə dağıdılmış Xirosima Naqasakini xatırladır. Lakin ermənilər burada atom bombası partlatmayıblar, onların atom bombası yox idi. Ermənilər burada Azərbaycan xalqına nifrət bombası partladıblar.

Dünyada bəlkə ikinci elə yer yoxdur ki, vandalizm, nifrət düşmənçilik bu qədər geniş miqyas almış olsun. Bu, hərbi cinayətdir, Ermənistanın hərbi siyasi rəhbərləri buna görə beynəlxalq tribunalda cavab verməlidirlər. Belə əməlləri bağışlamaq mümkün deyil. Bu, insanlıq əleyhinə cinayətdir. Bir daha təkrar edirəm, bu, vəhşicəsinə törədilmiş hərbi cinayətdir.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərində olarkən bildirib ki, Ağdamda gördüyümüz mənzərə, dağıntılar çox ürəkağrıdıcıdır. Bu dağıntılar insanların həyatına qarşı təcavüzü göstərir.

Ağdamda səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib ki, biz Ağdamda keçmiş sovet məkanında məşhur olan Çörək muzeyinin qalıqlarını, həmçinin xəstəxanaların, mədəniyyət evlərinin, teatr binasının dağıntılarını gördük. Bu, vəhşilikdir. Bu, nifrət ağılsızlığın təzahürüdür. Mən bu dərəcədə dəhşətli səhnələr görəcəyimi gözləmirdim. Adama elə gəlir ki, burada nüvə partlayışı olub. Burada gördüklərim hərbi cinayətdir. Bu, çox da uzaq olmayan bir tarixi əhatə edir minlərlə insanın ölümünə səbəb olub.

Ağdamın, Füzulinin digər yaşayış məntəqələrimizin xarabalıqları ermənipərəst qüvvələrin gözünə iynə kimi sancılır. Bu vəhşiliyi görməzdən gələn bəzi dövlətlər ermənipərəstlər haqqın, ədalətin, qəhrəmanlığın, Zəfərin qarşısında dayana bilmədilər. 30 ilə yaxın bu münaqişəni həll etməklə məşğul olan beynəlxalq təşkilatların edə bilmədiyini Qalib Ali Baş Komandan müzəffər Azərbaycan ordusu 44 günə haqsızlığa, işğala, şərə son qoydu. Yaddan çıxartmaq olmaz ki, haqqın mərhəmətinə, haqqın qələbəsinə şərin gücü çatmayacaq!

Salman ALIOĞLU,

Respublika”.