Hayastan demokratik ölkə deyil
Digər xəbərlər

Hayastan demokratik ölkə deyil

Tarixi qələbəmizdən sonra düşmən ölkənin məkrli siyasəti özünü büruzə verməyə başlayıb. İnsan hüquqlarına məhəl qoymayan, xalqının rifahını, gələcəyini düşünməyən Paşinyan hakimiyyəti antidemokratik addımlarından geri dönmür. Təsadüfi deyil ki, qələbəmizdən sonra Paşinyanın yürütdüyü siyasəti pisləyən Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın tərəfdarları həbs olunub, bir deputat isə qətlə yetirilib. Bu da Ermənistanın hakimiyyətin əksinə olan heç bir fikrə açıq olmadığını deməyə imkan verir. Bu mənada Azərbaycan Ermənistanı tərəzinin eyni gözünə qoymaq absurd olar. Hakimiyyətin öz xalqını düşünməməsinin digər bir nümunəsi Ermənistanın sülhdən boyun qaçıraraq təxribatlar törətməsidir. Bunun nəticəsidir ki, hər təxribat sonrası onlarla erməni əsgəri həyata gözlərini yumur. Azərbaycan tərəfinin sülhə addım atması, Qarabağda illərlə yaşamış erməni icmaları ilə görüş təşkil etməsi iki ölkə arasındakı fərqi kəskin şəkildə göstərir.

Hələ müharibə zamanlarında başlayan anti-Paşinyan üsyanları günümüzdə artmaqdadır. Buna əsasən, hüquq müdafiəçisi Səidə Qocamanlı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq azadlıqlarının pozulması faktları ilə bağlı hesabatın təqdim olunma mərasimindəki çıxışında bildirib ki, heç bir Qərb ölkəsinin lideri ya hansısa qərbli jurnalist Ermənistanı demokratik ölkə adlandıra bilməz. Ermənistanla bağlı hesabat hazırlayan S.Qocamanlı bu hesabatları bütün aparıcı beynəlxalq təşkilatlara göndərəcəyini vurğulayıb: "Həmişə Ermənistanda insan hüquqlarının yüksək səviyyədə olduğunu iddia edirlər. Haradadır bu insan hüquqları? Bu hesabat göstərir ki, Ermənistanda olan insan hüquqları pozuntuları Azərbaycanla müqayisəedilməz dərəcədə çoxdur. 2020-ci ilin axırlarında Ermənistanda xalq Baş nazir Nikol Paşinyana qarşı ayağa qalxmışdı. Həmin vaxt Ermənistanda həbs olunan jurnalistlərə işgəncələr verilib. Nikol Paşinyana onun hakimiyyətinə qarşı çıxan jurnalistlərin dilə gətirdikləri ağır təhqirlərə görə Ermənistanda 802 nəfərə cinayət işi açılıb. Bizim hesabatımız genişdir. Bunu Avropa İttifaqına hüquq müdafiə sahəsində beynəlxalq təşkilatlara göndərəcəyik. Qərb siyasətçiləri jurnalistlərinin Ermənistanı Qafqazın ən demokratik ölkəsi kimi təqdim etmələri əsassızdır. Çünki bu ölkədə insanların toplaşma azadlığına, söz azadlığına mane olur".

Ermənistanda söz azadlığına qoyulan limit təkcə mətbuat siyasi elitaya deyil, həmçinin yerli əhaliyə şamil edilir. Buna əsasən, ötən illərdə Ermənistan Konstitusiyasına yeni "Kobud təhqir" maddəsi əlavə edilib. Bu qanuna əsasən, 3 milyon dram cərimə ya 3 aylıq azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Ötən il sosial şəbəkədə Paşinyanın fotosunun altına təhqiredici söz yazıldığına görə cinayət işi açılıb. Bu da onu deməyə əsas verir ki, hakimiyyət ən kiçik tənqidi fikrə belə açıq deyil. Məhkəməyə vermək, şikayət etmək isə görünür Ermənistan xalqına xasdır. 2020-ci ildə bir qrup hüquqşünas Paşinyana vətənə xəyanət maddəsi ilə cinayət işi açılmasını tələb edib. Bununla bağlı Baş Prokurorluğa müraciət ərizəsi verilib, lakin tez bir zamanda qarşısı alınıb.

Qeyd edək ki, söz mətbuat azadlığı kriteriyalarına görə Azərbaycan digər dövlətlərlə müqayisədə irəlidədir. Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, istənilən məsələyə mövqeyini sərgiləmək hüquqlarını tələb etmək imkanı var. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il avqustun 6-da imzalanan "Azərbaycan Respublikasında söz, fikir mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ölkəmizdə söz, mətbuat fikir azadlıqlarının təminatına əlverişli şərait yaradılıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xatırlatmaq yerinə düşər ki, 1950-ci ildə Avropa Şurası tərəfindən qəbul edilən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, "Hər bir insan öz fikrini ifadə etmək hüququna malikdir. Bu hüquqa öz fikrinə tərəfdar çıxmaq, dövlət orqanları tərəfindən maneə olmadan dövlət sərhədlərindən asılı olmayaraq məlumatları almaq yaymaq azadlığı daxildir".

Töhfə SƏMƏDOVA,

"Respublika".