Hayastanın bitməyən ərazi iddiaları
Digər xəbərlər

Hayastanın bitməyən ərazi iddiaları

Tarix boyu Hayastanın bəlli bir məskəni olmamış və yerləşdiyi bütün əraziləri özününküləşdirməyə çalışmışdır. Ötən əsrin əvvəllərində doğma dədə-baba torpaqlarımızda yerləşdirilən ermənilər burada yerli xalq tərəfindən qonaqpərvərliklə qarşılanıblar. Buna baxmayaraq, düşmən xalqımızın bu xoş niyyətindən sui-istifadə edib. Bu ərazilərdə müvəqqəti olduqlarını bildikləri halda günbəgün daha aqressivləşərək yerli azərbaycanlıları öz yurdlarından didərgin salıblar. Soydaşlarımız öz əcdadlarının yaşadıqları, doğulub boya-başa çatdıqları torpaqları tərk edib Azərbaycanın müxtəlif rayonlarına üz tutublar. Lakin Ermənistan öz xülyalarını təkcə Azərbaycana yox, həm də bütün dünyaya qarşı tətbiq etməyə çalışır. Qonşu ölkələrdə, həmçinin Fransa və Amerika kimi böyük dövlətlərdə məskən salan ermənilər oradakı ərazilərin onlara aid olduğunu iddia edirlər. Məsələ ilə bağlı politoloq Amid Əliyev bildirir ki, 30 illik işğal ərzində Ermənistan Qarabağda Azərbaycana qarşı həyata keçirdiyi ekosid, urbisud və genosid siyasəti ilə yanaşı, Azərbaycan toponimlərinin erməniləşdirilməsi siyasətini də icra edib. Şəhər, rayon və kəndlərimizə erməni adları verilib. Azərbaycanın tarixi abidələrinin üzərindəki yazılar pozularaq erməni dilində yazılıb. Məscidlərimizin böyük əksəriyyəti dağıdılıb, yerdə qalanlar isə yenidən bərpa olunaraq fars məscidləri kimi ictimaiyyətə tanıdılıb: “Bu siyasət təkcə Azərbaycana qarşı deyil, regiondakı digər dövlətlərə qarşı da tətbiq olunub. Məsələn, Gürcüstanla həmsərhəd ərazilərdə yaşayan ermənilər indi həmin yerlərin onlara məxsus olduğunu iddia edirlər. Eləcə də illərlə bu siyasət Türkiyəyə də qarşı nümayiş etdirilib. Orada kompakt yaşayan ermənilərin hər zaman Türkiyə dövlətinə qarşı ərazi iddiaları olub. Burada əsas məqsəd saxta tarix üzərində ermənilərin Qafqazda məskunlaşmış etnos olduqlarını sübuta yetirməkdən ibarətdir. Kombinəedilmiş adətlər əsasında meydana çıxmış erməni cəmiyyəti bu günə qədər bu bəladan qurtara bilmir. Nəticədə isə Ermənistan bölgədə monoetnik, monokultur və monodinə məxsus olan bir dövlətə çevrilib.

Ermənistan dövləti tərəfindən həyata keçirilən bu siyasətin əsasında reallığa uyğun olmayan “Böyük Ermənistan” ideyası dayanır. Bir xalqın ki, tarixi, mədəniyyəti, incəsənəti və dövlətçiliyi saxta faktlar üzərində qurulub, nəticədə də belə münasibət ortaya çıxmalıdır. Lakin burada maraqlı fakt ondan ibarətdir ki, ermənilər yalnız bunu Azərbaycan, Türkiyə və Gürcüstana münasibətdə daha çox qabardırlar. Lakin İranda və Fransada nəzərəçarpacaq dərəcədə erməninin yaşadığı halda, nədənsə İrana və Fransaya qarşı ərazi iddiaları irəli sürülmür. Nəzəri cəhətdən bunu düşünsələr də real olaraq siyasi səhnədə bunu reallaşdırmaqda heç həvəsli görünmürlər. Qloballaşan və inteqrasiya edən müasir dünyada isə belə dövlətlərin inkişafetmə imkanları olduqca məhdud olur. Sonda onlar ya məhv olur, ya da digər dövlətlər tərəfindən assimilyasiyaya uğrayırlar”,- deyə politoloq bildirib.

Vəhşi, acgöz və yurdsuz ermənilər öz xülyaları olan “böyük Ermənistan” arzularını həyata keçirməyə çalışırlar. Bu isə əsla gerçəkləşməyəcək yuxudan başqa bir şey deyil.

Töhfə SƏMƏDOVA,

“Respublika”.