Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 793 min 533-ə bərabərdir
Səhiyyə

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 793 min 533-ə bərabərdir

İyulun 5-də Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 769 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 294, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 475 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 793 min 533-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 345 min 371, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 448 min 162 nəfərdir.

AZƏRTAC