Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyona yaxınlaşıb
Səhiyyə

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyona yaxınlaşıb

İyunun 21-də Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 215 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 11, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 204 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 989 min 673-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 949 min 646, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 40 min 27 nəfərdir.

AZƏRTAC