Helikopter qəzasında həlak olan hərbçi Beyləqan Şəhidlər xiyabanında dəfn edilib
Sosial həyat

Helikopter qəzasında həlak olan hərbçi Beyləqan Şəhidlər xiyabanında dəfn edilib

Helikopter qəzasında həlak olan hərbi qulluqçulardan biri, Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti, şəhid baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonunun Şərq kəndinə gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin cənazəsi izdihamla qarşılanıb. Kənd meydanında cənazə namazı qılınıb.

Şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Mərasimdə DSX rəsmiləri, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC