Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib
Digər xəbərlər

Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq helikopter bölmələri bazalanma aerodromlarından uçuşlar edərək, poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi, eləcə də aviasiya vasitələrinin terror-diversiya qruplarından mühafizəsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə helikopter ekipajları və desant heyətlərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

AZƏRTAC