Hərbi hissələrdə görüşlər keçirilib
Digər xəbərlər

Hərbi hissələrdə görüşlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərlə hərbi hissələrdə görüşlər keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşlərdə Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində və digər struktur bölmələrdə xidmət edən qadın hərbi qulluqçuların və mülki işlərdə çalışan qadınların əməyinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirildiyi qeyd olunub.

Sonda qadın hərbi qulluqçuların və mülki işçilərin fikirləri dinlənilib, maraq doğuran suallar cavablandırılıb.

 AZƏRTAC