Hərbi qulluqçularımız
Digər xəbərlər

Hərbi qulluqçularımız "Tank biatlonu" müsabiqəsində ilk yarışa başlayıblar

Rusiya Federasiyasının Moskva şəhərində "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin "Fərdi sürmə" mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.

AZƏRTAC