Hərrac keçiriləcək
İQTİSADİYYAT

Hərrac keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2, 16 və 23 noyabr 2021-ci il tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək.

Noyabrın 2-si keçiriləcək hərraca 21 nəqliyyat vasitəsi, 16 noyabrda təşkil olunacaq hərraca 18 kiçik dövlət müəssisəsi və 1 yarımçıq tikili, 23 noyabr tarixində isə 74 dövlət əmlakı çıxarılacaq. Son hərraca 18 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 54 nəqliyyat vasitəsi çıxarılmaqla baş tutacaq. Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) "Elektron hərrac" bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

"Respublika".