Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidmətinin  Akademiyası
Siyasət

Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidmətinin  Akademiyası

Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrində dirçəlişi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004- il tarixli fərmanına əsasən bir sıra dövlət əhəmiyyətli sənaye, təhsil, mədəniyyət, idman müəssisələrinə onun adı verilmişdir.

Bugünkü sayımızda həmin müəssisələrdən biri olanDövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasıhaqqında yığcam məlumatı oxucularımıza təqdim edirik.

Zəngin mənalı həyat yolunun 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyev Azərbaycanın milli maraqlarına sədaqətlə xidmət etmiş, daim milli dövlətçilik ideallarını rəhbər tutaraq dövlət quruculuğu ənənələrinin əsasını qoymuşdur. Məhz Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi siyasi uzaqgörənliyi, idarəçilik təşkilatçılıq bacarığı sayəsində bütün sahələrdə olduğu kimi, milli təhlükəsizlik sahəsində təhlükəsizlik orqanlarının layiqli xidməti fəaliyyəti nəticəsində xalqa, vətənə sadiq bir quruma çevrilmişdir. Hazırda milli təhlükəsizlik orqanları qarşısında Azərbaycanın dövlət müstəqilliyini qorumaq, onun təhlükəsizliyini demokratik sabitliyi təmin etmək, terrorçuluğa qarşı mübarizə sahəsində fəaliyyəti, ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasında iştirak etmək digər milli maraqları qorumaq kimi mühüm vəzifələr durur. Heydər Əliyev milli təhlükəsizlik orqanlarına, şəxsi heyətinə, xüsusi ixtisaslı ali təhsilli milli zabit kadr potensialının yaranmasına, möhkəmləndirilməsinə, formalaşdırılmasına diqqət yetirməklə Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizliyi Xidməti - DTX) Akademiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1998-ci il 1 dekabr tarixli Sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılmışdır.

Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının inkişafında əvəzsiz xidmətlərini nəzərə alaraq onun xatirəsinin əbədiləşdirilməsi üzrə Milli Təhlükəsizlik Nazirliyinin müraciətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin adının verilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə 20 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (indiki DTX) Akademiyasına Heydər Əliyevin adı verilmişdir.

Bu gün DTX Akademiyası Heydər Əliyev ənənələrini yaşadır onun şərəfli ömür yolu hər bir vətənpərvər azərbaycanlı, xüsusilə xalqımızın gələcəyi olan gənclər üçün əsl həyat məktəbidir.

Respublika”.