Heydər Əliyev adına Fond
Siyasət

Heydər Əliyev adına Fond

Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrində dirçəlişi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004- il tarixli fərmanına əsasən bir sıra dövlət əhəmiyyətli sənaye, təhsil, mədəniyyət, idman müəssisələrinə onun adı verilmişdir.

Bugünkü sayımızda həmin müəssisələrdən biri olanHeydər Əliyev Fonduhaqqında yığcam məlumatı oxucularımıza təqdim edirik.

Azərbaycanın tarixi sərvəti, bəşəri irsə verdiyi ən böyük töhfəsi zəngin dünyəvi dəyərə malik maddi mənəvi irsimizdir. Mədəni-mənəvi dəyərlərinin tanıdılması, Azərbaycan gerçəkliklərinin qiymətləndirilməsi istiqamətində yorulmaz fəaliyyət Heydər Əliyev Fondu tərəfindən reallaşmaqdadır.

Fond ulu öndər Heydər Əliyevin xatirəsinə 2004- il 10 may tarixində təsis olunmuşdur. Azərbaycan tarixinə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə ötürməyi bacaran ulu öndər Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi qoruyucusu olmuşdur.

2008-ci ildən etibarən fəaliyyətə başlamış "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası erməni cinayətlərinin dünya miqyasında ifşası üçün əlverişli mühit formalaşdırmışdır. Fondun dəstəyi ilə Xocalı soyqırımı hər il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur.

"Qarabağ xanəndələri" adlı musiqi albomunun, "Qarabağ həqiqətləri" bukletlər toplusunun, "Müharibə tarixi mədəniyyət abidələrimiz", "Muğam haqqında əlyazmalar toplusu" s. nəşri Qarabağın Azərbaycanın ayrılmaz guşələrindən biri kimi dünya ictimaiyyətinə çatdırılmasında mühüm vasitə olmuşdur.

Fond tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmağa yönəlmişdir. Fondun dəstəyilə Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu önəmli layihələrdəndir.

2017-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, "2016- ilin aprel döyüşlərində yaralanmış əsgər zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsi uğurla icra olunmuşdur.

Heydər Əliyev Fondunun dünya mədəni irsinin bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə Luvr muzeyi, müqəddəs Marçellinio Pietro qədim əlyazmaları katakombaları, Vatikanda San Sebastian katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyi digər bu kimi bir çox ölkələri əhatə edib.

Respublika”.