Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma və yolasalma
Digər xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma və yolasalma

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 29-da Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

***

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına səfəri sentyabrın 29-da başa çatıb.

AZƏRTAC