Heydər Əliyev Fondunun dəstəyi ilə
Mədəniyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə "Moskvada Azərbaycan günləri" başlayıb

Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, "Moskvada Azərbaycan günləri" adlı tədbirlər çərçivəsində Yeni Tretyakov qalereyasında Azərbaycanın Xalq rəssamı Tahir Salahovun "Tretyakov qalereyası kolleksiyasından olan əsərlər" ("Proizvedeniə iz kolleküii Tretğəkovskoy qalerei") sərgisi açılacaq.

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri sərgisindəki "Azərbaycan" pavilyonunda isə "Azərbaycan xalçası - yeni baxış" ("Azerbaydjanskiy kover - novıy vzqləd") sərgisinin açılışı olacaq. Həmçinin "Azərbaycan" pavilyonunda Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında "Dildən-dilə" ("İz ust v usta") ədəbiyyat layihəsi təqdim ediləcək.

Fevralın 22-də axşam isə "Qelikon-opera" musiqili teatrının səhnəsində "Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində" ("Muzıkalğnıe zvezdı Azerbaydjana na moskovskoy süene") adlı qala-konsert olacaq. Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçiriləcək konsertdə Ceyla Seyidova, Dinara Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adıgözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim edəcək.

AZƏRTAC