“Heydər Əliyev – Gürcüstan azərbaycanlıları” adlı tədbir
Diaspora

“Heydər Əliyev – Gürcüstan azərbaycanlıları” adlı tədbir

Mayın 16-da Marneulidə “Heydər Əliyev – Gürcüstan azərbaycanlıları” adlı tədbir keçirilib

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – Gürcüstan azərbaycanlıları” mövzusunda tədbir keçirilib. Diasporla İş üzrə Komitədən bildirilir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi və Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Gürcüstandakı səfirliyinin, ADDF-in, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Heydər Əliyevin daxili və xarici siyasətindən, eləcə də dünya azərbaycanlıları ilə

Tədbir çərçivəsində “Alyans” Gənclər Mərkəzinin layihəsi əsasında gürcü dilində dərc olunmuş “Heydər Əliyev – 100” kitabı qonaqlara hədiyyə edilib. Bədii hissədə Azərbaycan milli rəqsləri və musiqilərindən ibarət konsert proqramı təqdim olunub.

Əli SADIQOV,

“Respublika”.