Digər xəbərlər

"Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlər davam edir

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilir.

YAP Mərkəzi Aparatından verilən məlumatda bildirilir ki, Tədbirlər Planı çərçivəsində mayın 5- partiyanın Bərdə rayon təşkilatında tədbir keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli başqaları çıxış ediblər. Çıxışlarda ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən əbədiyaşar ideyalarından, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs edilib. Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

Bundan başqa, Tədbirlər Planına uyğun olaraq mayın 5- YAP Tərtər rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.

Xaqani KOSAYEV,

Respublika”.