“Heydər Əliyev İli
Region

“Heydər Əliyev İli" çərçivəsində Ulu Öndərin xatirəsi yad edilir

Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar bölgələrdə "Heydər Əliyev azərbaycançılıq məfkurəsi" mövzusunda konfranslar keçirilib. Qonaqlar əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Ağsu

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi xalqımızın tarixində dönüş nöqtəsi oldu, Azərbaycana müstəqillik, suverenlik, dövlətçilik, milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi. Ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin, mədəniyyətin yüksəlişi təmin edildi. Məhz bu prinsiplərin fövqündə milli ideologiyamızın əsası olan azərbaycançılıq formalaşdı. Ulu öndərin formalaşdırdığı milli dövlətçilik ideologiyasında Azərbaycançılıq məfkurəsi ön plana çəkilmişdir.

Digər çıxış edənlər bildiriblər ki, ulu öndərin qurduğu azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvünü vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə edən qürur mənbəyimizdir.

Milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq bu gün ulu öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Şamaxı

Konfransda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov azərbaycançılıq məfkurəsinin yaranması müstəqil Azərbaycan dövlətinin əsas ideologiyasına çevrilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Natiq həmçinin Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinin fəlsəfi siyasi mənasından bəhs edərək hazırda bu ideologiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə etdiyindən geniş söhbət açdı.

Milli Məclisin deputatı Tamam Cəfərova ümummilli lider Heydər Əliyevin respublikamızda elm təhsilin inkişafı istiqamətində gördüyü işlərdən, milli kadr potensialının hazırlanmasındakı xidmətlərindən danışdı.

Konfransda digər çıxış edənlər müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi olmasından, azərbaycançılıq ideologiyasının məhz ulu öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildiyindən müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırılmasından geniş danışdılar.

İsmayıllı

Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov bildirib ki, ölkədə azərbaycançılıq ənənəsinin formalaşmasının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Natiqlər ötən illər ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qaldığını onu inkişaf etdirdiyini qeyd ediblər.

Sonda rayon təşkilatında səmərəli fəaliyyətinə görə, fərqlənən bir qrup partiya fəallara ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə YAP rayon təşkilatının fəxri fərmanları partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Zaqatala

Ümummilli lider Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir. Azərbaycançılıq ideologiyası məhz ulu öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı.

Rayon rəhbərliyinin, şəhid ailələrinin üzvlərinin, ziyalıların, ağsaqqal gənclərin iştirak etdikləri konfransda "Heydər Əliyev azərbaycançılıq məfkurəsi" mövzusunda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ulu öndərin xalqımız dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən ətraflı bəhs edib. Bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə müstəqil dövlətimizi qurmaq onun gələcək inkişafının sağlam təməlini qoymaqla yanaşı, eyni zamanda ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd ətrafında birləşdirən milli təlim - azərbaycançılıq ideologiyasını yaradıb.

Natiqlər ümummilli liderin Azərbaycanın inkişafı tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edib, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini vurğulayıblar.

Qax

Rayonun rəhbər işçilərinin, respublikanın tanınmış elm incəsənət adamlarının, şəhid ailələri üzvlərinin, Birinci Qarabağ Vətən müharibəsi iştirakçılarının, ağsaqqal gənclərin, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi konfransda RİH başçısı Musa Şəkiliyev bildirib ki, tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının bəşəriyyətin tarixinə daxil olub. Ümummilli liderin 30 ildən artıq Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı qüdrətlənməsi naminə gördüyü tarixi xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər müasirlərimiz, eləcə gələcək nəsillər üçün əsl örnəkdir.

Konfransda rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərovanın "Heydər Əliyev azərbaycançılıq məfkurəsi" adlı məruzəsi dinlənilib.

Natiqlər qeyd ediblər ki, azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə onun məzmununu daha da zənginləşdirir, milli özünüdərk hissini gücləndirir Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini yüksəldir.

Beyləqan

"Heydər Əliyev İli" çərçivəsində Beyləqan rayonundan olan görkəmli ziyalıların elm xadimlərinin iştirakı ilə "Heydər Əliyev azərbaycançılıq məfkurəsi" mövzusunda elmi-praktiki konfrans keçirildi.

Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə ümummilli lider Heydər Əliyevin torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirildi.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bildirib ki, ulu öndərin yürütdüyü siyasət nəticəsində azərbaycançılıq ideyası dövlət ideologiyasına çevrilib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna xidmətlərə malik şəxsiyyət olduğunu vurğulayan rayon rəhbəri Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizdə dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən danışdı.

Beyləqan rayon prokuroru Ramazan Hadıyev çıxış edərək ulu öndər Heydər Əliyevin müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi olduğunu, azərbaycançılıq ideologiyasının məhz ulu öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildiyini müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldığını bildirib.

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialının kafedra müdiri, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Tahir Kərimov çıxış edərək ulu öndərin 1990- illərin əvvəllərindən başlayaraq azərbaycançılıq ideologiyasının inkişafı üçün əvəzsiz işlər görməklə tarixə düşdüyünü, xüsusilə, müstəqilliyini yenicə bərpa etmiş gənc respublikanın hüquqi demokratik dövlət kimi möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün Heydər Əliyev tərəfindən irəli sürülən azərbaycançılıq ideologiyasının əvəzedilməz vasitə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Konfransda 3 saylı tam orta məktəbin tarix müəllimi Mətanət Əliyeva, 8 saylı tam orta məktəbin direktoru Elvin Abbasov, Soltanbud kənd məktəbinin tarix müəllimi Məhəbbət Məmmədov başqaları çıxış etdilər. Sonda Heydər Əliyevin zəngin irsinə həsr olunan videoçarxa baxış keçirildi.

Salyan

Salyanda "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirildi. Konfransda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Tahir Rzayev, Jalə Əhmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbirdə ilk öncə ümummilli lider Heydər Əliyevin ölkəmizin suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Heydər Əliyevin zəngin irsinə həsr olunan videoçarxa baxış keçirildi.

Konfrnasda çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirdi ki, azərbaycançılıq ideologiyasının yaranması müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Rayon rəhbəri qeyd etdi ki, ulu öndərin yürütdüyü siyasət nəticəsində azərbaycançılıq ideyası dövlət ideologiyasına çevrilmiş, öz təsir dairəsini genişləndirmiş, ölkəmizin sosial, siyasi, iqtisadi mədəni cəhətdən daha da inkişaf etməsinə zəmin yaratmışdır.

Konfransda Milli Məclisin deputatları Tahir Rzayev, Jalə Əhmədova Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev çıxış edərək azərbaycançılıq ideologiyasının yaranmasından, Azərbaycan tarixinin, dilinin mədəniyyətinin hərtərəfli şəkildə, dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi ruhda tərbiyə edilməsi ümumilikdə, azərbaycançılıq məfkurəsinin möhkəm, etibarlı bazasının formalaşdırılması sahəsində ulu öndərin xidmətlərinin misilsiz olduğunu xüsusi olaraq qeyd etdilər.

"Respublika".